Aİ əlil uşaqların idmana cəlbinə dəstək verəcək

19:35 13-06-2019 | icon 502 | Cəmiyyət
Aİ əlil uşaqların idmana cəlbinə dəstək verəcək

Bu gün Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han və UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanda ən həssas vəziyyətdə yaşayan uşaq və gənclərin hüquqlarını müdafiə etmək üçün yeni birgə təşəbbüsü təqdim edib.

 

UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyindən Versus.Az-a verilən məlumata görə, Aİ-nin 3 milyon avro vəsait ayırdığı bu təşəbbüs səhiyyə, qidalanma, erkən uşaqlıq dövründə inkişaf (EUDİ), inklüziv təhsil, uşaqların müdafiəsi, uşaqların və gənclərin inkişafı sahəsində keyfiyyətli icma və ailə-əsaslı inteqrasiya olunmuş social xidmətlərə çıxış imkanlarının genişlənməsinə dəstək olacaq.

 

Azərbaycanda Aİ ilə UNİCEF arasında həyata keçirilən yeni əməkdaşlığın mühüm hissəsini qızlara xüsusi diqqət yetirilməklə əlilliyi olan uşaqların idman sahəsinə cəlb edilməsi təşkil edir.

 

UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, məqsəd keyfiyyətli xidmətləri daha çox uşaq, gənc və onların ailələrinin yararlana bilməsi üçün icmaların daxilinə gətirməkdir.

 

Onun sözlərinə görə, bu təşəbbüs bütün ölkədə vəziyyəti sosial baxımdan həssas olan uşaqlara geniş çeşiddə dəstəyin göstərilməsi istiqamətində icma əsaslı təşkilatların inkişafına kömək edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol