Nazir məzunları təbrik etdi
Təhsil naziri Ceyhun Bayramov bu gün "Son zəng"i Qubadlı rayon Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin şagirdləri ilə birgə qeyd edib.
Versus.Az xəbər verir ki, məcburi köçkünlər üçün salınan yaşayış məskənində yerləşən məktəbin bu il 28 nəfər 11-ci sinif məzunu olub. Ümumilikdə isə məktəbdə 202 şagird təhsil alır.
"Son zəng" mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov məzunlara uğurlar arzulayıb:
"Əziz məzunlar, 11 il öncə kiçik yaşlı uşaqlar olaraq məktəbə qədəm qoydunuz. Bu illər ərzində ən sadə biliklərdən, davranış qaydalarından başlayaraq müxtəlif fənlərə yiyələndiniz. Müasir dünyada önəmli olan xarici fənləri öyrəndiniz. Bu gün siz artıq müstəqil həyata atılan gənclərsiniz. Siz savadlı olmağınızla Vətən qarşısında məsuliyyətimizi dərk edən hərtərəfli şəxslər kimi formalaşmısınız. Uğurlarınız çox olacaq. Belə olan təqdirdə valideynlərimiz üçün gözəl övladlar, müəllimlərimiz üçün nümunəvi şəxslər olacaqsınız və onların çəkdiyi əziyyəti cəmiyyətə qaytaracaqsınız".
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...