Azərbaycanlıların əcnəbilərlə nikah bağlaması halları azalıb

22:57 14-06-2019 | icon 426 | Cəmiyyət
Azərbaycanlıların əcnəbilərlə nikah bağlaması halları azalıb

Azərbaycan vətəndaşlarının əcnəbilərlə bağladığı nikahların sayı azalıb.

 

Versus.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Bu ilin yanvar-fevral ayları ərzində 140 nəfər Azərbaycan vətəndaşı olan qadın əcnəbi ilə nikaha daxil olub.

 

Azərbaycanlı qadınlarla nikaha daxil olan daha çox Rusiya, Türkiyə və Gürcüstan vətəndaşlarıdır.

Ötən dövr ərzində qadınlarla yanaşı, Azərbaycan vətəndaşı olan kişilərin də əcnəbi qadınlarla nikah bağlaması halları azalıb.

 

2014-cü ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı 1499 olub. Sonrakı illərdə isə bu rəqəm getdikcə azalıb.

2015-ci ildə 1281 nəfər, 2016-cı ildə 1121 nəfər, 2017-ci ildə 1158 nəfər, 2018-ci ildə 1060 nəfər, 2019-cu ilin yanvar-fevral ayları ərzində 132 nəfər Azərbaycan kişisi əcnəbi qadınla ailə qurub. Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI