Azərbaycan XİN: "Ermənistan bəyanatına uyğun davranmalıdır"

23:54 14-06-2019 | icon 504 | Geopolitika
Azərbaycan XİN: "Ermənistan bəyanatına uyğun davranmalıdır"

Ermənistan Xarici İşlə Nazirliyinin sonuncu bəyanatında qeyd edilən "sülhə əlverişli mühitin yaradılması" üçün bu bəyanata uyğun davranmaq lazımdır.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin trendə şərhində deyilir.

 

XİN-in şərhində qeyd edilir: "Təəccüblüdür, Ermənistan müdafiə nazirinin Azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?! Xatırladırıq ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsində və təbii ki, danışıqların irəlilədilməsində maraqlı tərəfdir. Vurğulayırıq ki, danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılmasıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışıqların başqa vacib hissəsi ola bilməz. Nə qədər tez Ermənistan bu reallığı dərk etsə, bir o qədər tez bölgəmizə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin