Heydərim

20:16 15-06-2019 | icon 743 | Ədəbiyyat
Heydərim

Şəhid Əfilağa Həsənovun oğlundan Qurtuluş gününə şeir hədiyyə

 

 

Xalqımızın and yeri,
Möhür yeri, bənd yeri
Səni dünya tanıyır
Liderlərin lideri.

 

Dahilərin dahisi
Millətin qürur səsi
Vətənimin banisi
Xalqın Ulu Öndəri.

 

Sən döyünən ürəyi
Arxası, həm köməyi
Xalqın hər an gərəyi
İgid ər oğlu, əri.

 

Böyük Xəzərin oldu,
Xalqa bəhərin oldu,
Sənin əsərin oldu
Bakı Ceyhan kəməri.

 

Sən səngərlər görmüsən
Sən döyüşlər keçmisən
Sən düşmənlər əzmisən
Xalqın böyük əsgəri!

 

Buna şahiddir göylər
Bizə düşmənlər neylər?
Hamı ucadan söylər
Yaşa, yaşa Heydərim!

 

QADİR ƏLFİOĞLU

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı