“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

13:12 17-06-2019 | icon 1005 | Siyasət
“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Nəzakət Zeynalova: “AXCP bu məsələdə daim dürüst olub və Qərbi Azərbaycan şəhidləri ilə bağlı da tədbirlər planı olacaq”

 

“Vətən naminə canlarını fəda etmiş şəhidlərimiz və sağlamlığından keçmiş qazilərimiz hər birimizin fəxr və qürur yerimizdir. Onları xatırlamaq hər birimizin borcudur”.

 

Versus.Az-ın məlumatına görə, bu sözləri açıqlamasında AXCP Qərbi Azərbaycan Şöbəsinin sədri Nəzakət Zeynalova deyib.

Azərbaycan siyasi arenasında şəhidlərdən, şəhid ailələrindən, qazilərdən bəzən öz şəxsi mənafeyi üçün istifadə edənlərə də rast gəlindiyini təəssüflə vurğulayan Nəzakət xanımın sözlərinə görə, elələri görüntü yaradaraq şəhid ailələrinin zaman-zaman yaşadığı sosial və digər çətinlikləri əldə bayraq etməklə alt qatda öz xeyirlərini güdürlər:

 

“Ancaq siyasi partiyalar və sədrləri içərisində tam təmənnasız, bəzən də öz siyasi çıxışlarını təxirə salaraq əlamətdar və digər günlərdə şəhidlərə, qazilərə, şəhid ailələrinə yer ayıran, onları ziyarət edən, təsəlli verən AXCP və onun sədri Razi Nurullayev olub. Razi bəy AXCP sədri olduqdan sonra digər xüsuslarla yanaşı bu məsələyə də xüsusi diqqət ayrılıb. Razi bəy partiyamızın bütün resurslarını şəhidlərimiz, qazilərimiz naminə səfərbər edib hər zaman. AXCP nin təşkilatçılığı ilə Şəhid ailələri, qazilər, şəhidlər haqqında daima çıxışlar, təkliflər, filmlər, kitab təqdimatları və müxtəlif səpkili yazılar yayınlanıb. Digər partiyalardan daha qabarıq şəkildə Vətənpərvərlik tərənnüm edilib. Bu gün də bu davam edir və edəcək. Hətta rayonlarımızda, ucqar kəndlərimizdə şəhidləri ziyarət etmək hər zaman amalımız olub”.

 
AXCP Qərbi Azərbaycan Şöbəsinin sədri olaraq bu ənənəni daima yaşatmaqla fəxr etdiklərini deyən N.Zeynalova vurğulayıb ki, AXCP xalqın partiyasıdır və xalqa xidmət edir:


“AXCP bu məsələdə daim dürüst olub və Qərbi Azərbaycan şəhidləri ilə bağlı da tədbir planlaşdırırıq. İnşallah yaxın vaxtlarda partiyazmızda bu mövzuda geniş bir tədbir keçirəcəyik”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər