Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi

13:40 18-06-2019 | icon 59 | Siyasət
Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi

Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi sülh əldə etməyə imkan vermir. Bu qeyri-konstruktiv mövqe davamlı sülh, birgə yaşayışa təhdid kimi qalır.

 

Versus.Az Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, sülh olmadan davamlı inkişafa nail olmaq mümkünsüzdür:

"Azərbaycan daim bu istiqamətdə beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni təsisatlar yaratmaq istiqamətində təşəbbüslər göstərir. Bu tədbirlərin Cənubi Qafqaz regionunda keçirilməsi təsadüfi deyil. Çünki bu regionda münaqişə ocaqları var. Bu münaqişələrin həll olunmaması və münaqişə tərəflərindən birinin qeyri-konsturiktiv mövqeyi sülh əldə etməyə imkan vermir".

 

B.Muradova əlavə edib ki, həm mövcud təsisatların gücündən tam istifadə etmək, həm də yeni təsisatlar yaratmaqla problemlərin həllinə nail olmaq lazımdır:

"Artıq 16-cı dəfədir ki, ombudsmanlar vacib olan mövzular ətrafında müzakirə aparmaq üçün Azərbaycana toplaşırlar. Bu tədbir problemlərin araşdırılması, ombudsman təsisatının bu problemlərin həllində rolunun müəyyənləşməsi və müsbət təcrübələrin bölüşülməsinə şərait yaradır. Azərbaycan belə təcrübələrin aparılması üçün çox uyğun bir məkandır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Jurnalistin qardaşının evi yenə qarət edildi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi