"Təhsillə bağlı problemlər öz həllini tapıb"

13:49 18-06-2019 | icon 449 | Siyasət
"Təhsillə bağlı problemlər öz həllini tapıb"

Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb.

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda böyük nailiyyətlər əldə olunub:

 

"Azərbaycanda insanlara səhiyyə xidmətinin göstərilməsi istiqamətində çox böyük layihələr həyata keçirilir. Eyni zamanda, gələn ildən icbari tibbi sığorta tətbiq olunacaq".

 

Ə.Əhmədov deyib ki, bütün bu nailiyyətlər, eləcə də insan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər Azərbaycanın BMT-yə iyulda təqdim edəcəyi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə ikinci Milli Hesabatında öz əksini tapacaq:

 

"BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün hazırladığı beynəlxalq layihə Azərbaycan tərəfindən də dəstəklənir. Azərbaycan bu layihənin həyata keçirilməsinə qoşulub. Bu layihənin əsas məqsədi 2030-cu ilə qədər dünyanın əhəmiyyətli dərəcədə dəyişdirilməsidir. Hesab edirəm ki, Azərbaycan da sürətlə dəyişən bir ölkə kimi bu proqramın həyata keçirilməsində yaxından iştirak edəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları