"Haqsızlıq edənlərə qarşı səsimiz gur çıxarsa..."

14:02 18-06-2019 | icon 552 | Siyasət
"Haqsızlıq edənlərə qarşı səsimiz gur çıxarsa..."

Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, bu problemi beynəlxalq qurumlar həll etməlidir, ancaq onların belə bir niyyətləri yoxdur.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyənin baş ombudsmanı Şeref Malkoç “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqə dostluq üzərində qurulub. Azərbaycan xalqı ilə Türkiyə xalqı arasında təkcə ticarət, iqtisadi, mədəni bağlılıq yox, sevgi bağlılığı var.

 

Ş.Malkoç Türkiyə təcrübəsindən danışaraq əlavə edib ki, burada ombudsmanların verdiyi qərar önəmlidur və bu qərarların 70 faizi icra edilir.

O, verdikləri qərarların icrasını yoxladıqlarını və bunu nəzarətdə saxladıqlarını söyləyib.

Ş.Malkoç ədalətin bərpasında ombudsmanların xüsusi rolunun olduğunu da söyləyib:

 

 

"Dünyada çox haqsızlıq var, bunun yolu ədalətdən keçər. Bu baxımdan ombudsmanların toplaşaraq problemləri birgə həll etməsi vacibdir. Haqsızlıq edənlərə qarşı səsimiz gur çıxarsa, onda ədalət daha tez bərpa olunar. Bu haqsızlıqları bərabər aradan qaldırmalıyıq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər