Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

23:38 18-06-2019 | icon 1122 | Dünya
Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

İraq türklərinin mənəvi anası Yüksəl Mehmet İzzətlə görüş

 

I yazı

 

Yüksəl Mehmet İzzət – bu isim İraq türkləri üçün çox şey ifadə edir. Yaşadıgı illərin, iyirminci əsrin deyil, bütün zamanlar da türkmənlərin böyük şairi, müəllimi, həttatı olaraq qalacaq, adı əbədi yaddaşlara həkk edilən ziyalı, dahi insan, ən başda da İraq türklərinin fikir babası, milliyətçi  Mehmet İzzət Həttatın qızı. İraq Türkməneli Partiyasının başqanı, milli lider Riyz Sarıkahyanın həyat yoldaşı. Əlbəttə bu iki böyük insanın birinin qızı, digərinin həyat yoldaşı olmaq qürur, həm də məsuliyyətdir.

 

Kərkük, Türkmənelində hələ gəncliyindən özünə böyük hörmət qazanan, el arasında nüfuz sahibi olan Mehmet İzzət Həttatı Səddam rejimi xüsusi sifarişlə həbs edəndən sonra ailənin bütün yükü ilk övlad olan, böyük şairin, müəllimin çox sevdiyi qızı Yüksəlin üzərinə düşür. Çünki Səddam zülmü təkcə atasını həbs etməklə bitmirdi. Bütün ailə, azyaşlı övladları belə repressiya ilə qarşı qarşıya idilər. Savadı, aglı, bacarıgı, atası kimi fitri istedadı, rəssamlıq qabiliyyəti ilə yaşıdlarından seçilən Yüksəlin, ondan kiçik yaşda olan baçısının, qardaşlarının ali məktəb arzularının, gələcəklərinin üzərindən də xətt çəkmişdi qəddar Səddam rejimi, onun türk düşmənliyi. Həmin rejim bu qıza uşaqlıgını, gəncliyini yaşamaga imkan vermədi. Yaşıdlarından fərqli olaraq, o hər həftə həbsxanaya, atasının yanına gedəcəyi, onu görəcəyi, boynuna sarılaçagı günün xəyalı ilə yaşayırdı. Qaranlıq, dörd divar arasındakı görüş otagına gedənə qədər neçə yerdə, dəmir qapılar arxasında Səddamın özünə bənzər “əsgərləri” çantasını, ciblərini təkrar – təkrar yoxlayırdılar. Amma qorxmurdu, geri çəkilmirdi, düşünürdü ki, üzündə hər hansı bir qorxu hissi sezilsə, bu ondan yaşça kiçik olan baçı – qardaşlarına təsir edə bilər. Onsuz da, atası onu elə mübariz, qorxmaz, milliyyətçi boyüdüb, tərbiyə etmişdi ki, qarşısına Səddamın ordusu belə düzülsəydi  qorxmazdı, gözünü qırpmazdı, geri çəkilməzdi. Atası onu ALLAHA, baçı qardaşlarını da ona əmanət etmişdi.

 

İlk dəfə Yüksəl abla ilə telefonda tanış olmuşduq. Kərkükə ilk getdiyim gün Türkməneli Partiyasının başkanı Riyaz Sarıkahya məni onunla telefonda tanış etdi. Yüksəl abla telefonda – “Gözəl Kərkükümüzə, Türkmənelimizə xoş gəlmisən” – dedi. Söhbətimizi bitirəndən sonra isə - “Can Azərbaycanımıza məndən qucaq dolusu Salamlar” – sözü ilə bitirdi. Bildirmişdi ki, səhhətindəki rahatsızlıga görə Ankarada müalicə olunur. Bakıya qayıdandan sonra da ara – sıra onunla telefonda danışırdım. Açıgını deyim ki, bu fədakar övlada, həyat yoldaşına, anaya sözün əsl mənasında heyrət edirdim. Gözlərinizin qarşısına bir xanım gətirin, uşaqlıqdan bu günə bütün həyatını Kərkükə, Türkmənelinə, türkmənlərə həsr edən mübarizə dolu, dünyanın ən xeyirxah qadını.

 

Doqquz il nişanlı qalıb Türkiyədə ailə quran türkmən çütlük 

 

2019 –cu ilin yanvar ayında Kərkükdə səfərdə olarkən İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya ilə müsahibəmdən kiçik bir nüansı diqqətinizə çatdırıram.

 

- Riyaz bəy, bir az öncə türkman milli davasının liderlərindən biri rəhmətlik Mehmet İzzət Həttatın adını çəkdiniz. Mehmet bəy Səddam rejimininqurbanı olub. Siyasətlə yanaşı, İraqın, İraq türkmanlarının böyük şairi, həttatı, müəllimidir. Bütün şeirlərində isə türkmanlar, onların mücadiləsi, varlıgı, ayakda qalmaları var. O, həm də Sizin qaynatanız olub, həyat yoldaşınız Yüksəl xanımın atası. Yüksəl xanımla tanışlığınız da bu mücadilədən gəlirdi, ya necə?

 

- Bəli, rəhmətlik Mehmet İzzət Həttat həyat yoldaşım Yüksəl xanımın atasıdır. Yüksəl indi rahatsızlığı səbəbilə Ankarada müalicə olunur. Rəhmətlik Mehmet bəy çox gözəl müsəlman və türkçü, eyni zamanda ədəbiyyatçı idi. Bütün İraq üzrə ikinci həttat idi, ərəb dünyasında çox tanınırdı. Türkman gənclərinin müəllimi, fikir babası idi, həyatı, şeirləri, yazıları türkçülük üzərində qurulmuşdu.Səddam hakimiyyətinə qarşı açıq şəkildə belə deyək, mövqeyini ortaya qoyan, hər addımında “Biz türkük, türk də qalacagıq”, “bu torpaqlar türkmanların tarixi torpaqlarıdır” deyən, sözündən dönməyən biri idi. Səddam ilk vaxtlar onun İraqı tərk etməsini istəyirdi, amma o geri çəkilmədi. Belə olan halda 1980 ci ildə Həttatı həbs etdirdi və yeddi il məhbus həyatı yaşadı, çox sıxıntılar çəkdi. Ailənin bütün malı, mülkü əlindən alındı, Səddam hakimiyyətdən getsə də, mal varlıgları geri qayıtmadı. Türkmənelində belə ailələrin sayı çoxur. O və tərəfdarları çox işgəncələr görsələr də, məqsədlərindən dönmədilər, sona qədər kişi kimi mübarizə apardılar, üzümüzü ag etdilər. Məkanları cənnət olsun, bizə məktəb qoyub getdilər. Biz həm də qohum idik, onun Kərkükdə, məhəllədə gənclərdən bir neçə təmsilçisi var idi, o qrupda olanlardan biri də mən idim. 1972 –ci ildə daha yaxından tanış olmuşduq. Təəssüf ki, mən Türkiyəyə gedəndən sonra birlikdə fəaliyyət göstərdiyimiz gənclər  həbs olundular və qrup çalışmalarını dayandırdı.

 

Biz Yüksəl xanımla 1981-ci ildə sözləndik. 1982-ci ildə qapılar qapandı. Yüksəl Kərkükdə, mən Ankarada qaldım. 1990-cı ilə qədər belə davam etdi, o zaman telefon, internet, heç bir əlaqə yox idi. Biz sözlü olaraq bir-birimizi düz 9 il gözlədik. 1990-cı ildə çox qısa müddətə qapılar açıldı, Yüksəl həmən Ankaraya gəldi. Körfəz savaşı başladı, qapılar bağlandı. Biz Ankarada ailə qurduq. Ümumiyyətlə, o zaman bir iraqlının, hələ türkmanın İraqdan başqa bir ölkəyə getməsi çətin məsələ idi.

 

- Yüksəl xanımın atası Türkmanların fikir babası Mehmet İzzət Həttat, həyat yoldaşı türkman mücadiləsinin önündə gedən Riyaz Sarıkahya idi. Düşünmürəm ki, o, belə bir mühitdən kənarda qalmış olsun, bu zatən mümkün deyildi....

 

- Yüksəl də şüurlu şəkil də bu davanın içərisində idi. Bəzən fikirlərini, mövqeyini məndən də sərt ortaya qoyurdu. Bu türkçünün olması gərəkən kimi. Həmişə xalqının, insanların arasındadır, bütün tədbirlərə qatılır, evində oturan, hadisələrə seyrçi qalan biri deyil. Ona görə də heç bir zorluq çəkmədik, o, elə bir ailədən gəlir ki, 9 il sözlü, ayrı qalmagımız problem yaratmadı. Ankaraya gələndən bir həftə sonra, fevral ayında evləndik, bir neçə ay sonra Səddam Küveytə girdi, artıq mən Ankardan da getməyə məcbur oldum. Yəni, gənc ailələr kimi evlilik həyatımız olmadı. Səddam dönəmində də mən Erbildə yaşamalı oldum, yerəl problemim vardı, bu üzdən də Yüksəl Erbilə az gəlirdi. Amma həyat yoldaşım bu davanın bir fərdi olunca, anlayış göstərdi. İndi gündə on kərə, görüntülü danışırıq. O vaxt isə, bunların heç biri yox idi. Dava təkcə kişilərin davası deyildi, ümumilikdə xalqın, türkmanların davası idi və onların da yarısı qadın idi. Bu dava da mənim ən yaxın dəstəkçim, uzaqda olsa da belə, hər an yanımda hiss etdiyim həyat yoldaşım Yüksəl oldu.

 

Bilirdilər ki, Mehmet İzzət Həttat Kərkükü tərk edərsə, Kərkük, türkmənləri, türkmən gəncliyi üçün bir çox şeylər yarımçıq qalacaq...

 

Yüksəl ablanı belə tanıdım, həmin vaxtdan onunla yaxından tanış olmagı, söhbət etməyi çox istəyirdim. Ankarada müalicə olundugu üçün narahat etmək istəmirdim. Bilirdim ki, hər ay vurulan iynələrdən sonra bir neçə gün istirahət etməli olur. Aprel ayında Antalyadan dönəndə Yüksəl ablaya telefon açdım, əgər müsaid olursa, bir – iki saat görüşüb söhbət etmək istədiyimi bildirdim. Yüksəl abla oglu Memetlə Kızılayda qaldıgım hotelə gəldi və bildirdi ki, - “Mütləq bizim evə getməliyik, bu şərtlə söhbət edə bilərik”. Ankaranın heç vaxt olmadıgım səmtinə - gözəl, sakit, bütün yaşayış binalarının həyətlərində yaşıllıqların, meyvə agaclarının, güllərinin oldugu Altınköyə yol alırıq.

 

İlk diqqətimi çəkən atası Mehmet İzzət Həttatın divara asılan əsərləridir. Yüksəl abla deyir ki, atası hələ saglıgında bu əsərləri ona hədiyyə edib. Amma İraqdakı durum üzündən Ankaraya gətirə bilməyib. Yalnız bir neçə il bundan öncə gətirib. Həmin vaxtda çətinliklər olsa da, axır ki, atasının əsərləri vəsiyyət etdiyi kimi onun yanındadır. Çünki İraqdan belə əsərlərin başqa ölkələrə aparılması elə də asan deyil. Üzərinə Qurani Kərimdən ayələr yazılan əsərlər, eləcə də, təbiəti əks etdirən, türkman bayragının çəkildiyi rəsmlər. Deyir ki, türkman bayragını ilk olaraq atası işləyib, indi də qızının evində, baş köşədə yer alır. Divardakı digər əsərlər də diqqətimi çəkir. Öyrənirəmki, bunlar Yüksəl ablanın çəkdiyi rəsm əsərləridir. Deyir ki, uşaqlıqdan atam əsərləri üzərində çalışdıgı vaxt onun yanında olmagı, işləməyinə, əllərinə baxmagı çox sevirdim: “ Atam məndə olan maragı görürdü, yanından ayrılmırdım. Təəssüf ki, sonra baş verənlər mənim arzularımın, istəklərimin üstündən xətt çəkdi. Bir neçə il öncə Ankarada rəssamlıq kursuna yazıldım. Divarda gördüyünüz bu rəsmi ( qabda müxtəlif meyvələrin oldugu əsərini göstərir) aparıb müəllimə göstərəndə elə bilmişdi ki, başqası çəkib. İşlərimi görəndən sonra dedi ki, kursa gəlməyinə ehtiyac yoxdur, sən rəssamsan. Təəssüf ki, səhhətim saatlarla hansısa iş üzərində çalışmagıma imkan vermir. Çox sevirəm rəsmlər çəkməyi”.

 

Rəssamlıqdan başqa çox maraqlı əl işləri də var Yüksəl ablanın. Öncə elə bilirəm, çicəklər, qönçə güllər təbiidir. Sonra öyrənirəm ki, hamısı əl işləridir, illər əvvəl hazırlayıb. Bir türkmən qızı danışdıqca, onun əsərləri, əl işləri ilə tanış olduqca zəngin dünyasını, gözəl ruhunu görürəm, söhbətinin əvvəli də, sonu da Kərkükdür. Onun şəxsində nə qədər açı da olsa, türkmən gəncliyinin gerçəyə çevrilməyən diləkləri yarımçıq qalan arzularını görürəm....

 

Deyir ki, atam təkcə öz övladlarını deyil, bütün türkmən gənclərini bilikli, savadlı, ali təhsilli, vətənpərvər görmək istəyirdi. Buna görə də, ömrünün son illərinə qədər , xəstə halı ilə müəllimlik peşəsindən ayrılmadı:

 

“1929-cu ildə Kərkükün Musalla məhəlləsində anadan olub. 1936-cı ildə Musallada ibtidai sinifə gedib. Həmin illərdə də Kərkükdə məşhur olan Molla Hamdi Sokulluzadədən Qurani Kərim dərsləri almaga başlayır. Bu sahədə atamın üzərində Molla Babanın da əməyi var. Molla Babanı Kərkükdə hamı bu adla tanıyırdı, o, yaşı yüzü ötən, çox sayda hafizlər yetişdirən nur üzlü rəhmətlik Molla Sabirin atası Hafiz Sofi Molla Mühammed idi. Atam orta və lisey təhsilini də Kərkükdə bitirdi. Bagdad universiteti Gözəl Sənətlər İnstitutunda ali təhsil aldı. 1952-ci ildə İraqın Divaniyə şəhərində ilk həttatlıq çalışmasına başladı. Orada üç il işlədikdən sonra 1955-ci ildə Kərkükə baglı Havicə rayonunun Melha kəndinə gəlir. Iki il də həmin kənddə işləyir. Sonra Kərkükün İmam Qasım ibtidai məktəbində, daha sonra 1957-ci ildə Musalla  liseyində çalışmaga başlayır. Musalla liseyində rəsm müəllimi olaraq iyirmi bir il işləyir, elə oradan da əməkli oldu”.

 

Mehmet İzzət Həttat günahsız oldugu, heç bir suç işləmədiyi halda Səddam rejimi onu həbs edir. Yüksəl abla deyir ki, atamın həbs edilməsinin tək səbəbi onun milliyyətçi olması, türkmənlərin bu torpaqlarıdakı varlıgı ugrunda apardıgı mübarizə, türkmən gəncliyinin, türkmən toplumunun savadlı, agıllı yetişməsi, öz kimliklərinə sahib çıxmaları üçün geçə - gündüz demədən çalışması idi:

 

“1981-ci ildə atamı həbs etdilər. Əslində, neçə illər idi Səddam rejimi atamı zindana salmaq üçün çalışırdılar. Hətta onun Kərkükdən getməsini istəyirdilər. Bilirdilər ki, Mehmet İzzət Həttat Kərkükü tərk edərsə, Kərkük, türkmənlər, türkmən gəncliyi üçün bir çox şeylər yarımçıq qalacaq, türkçülük ideyaları zəifləyə bilər. Atam isə canı bahasına olursa, edam edilərsə belə Kərkükü tərk etməyəcəyinə and içmişdi....”.

(Ardı var)

 

Ağanisə Sultan
/Ankara, Türkiyə/

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür