"Növbəti sosial paket inqilabi addımdır"

11:36 19-06-2019 | icon 379 | Siyasət
"Növbəti sosial paket inqilabi addımdır"

Prezident İlham Əliyev tərəfindən ötən gün imzalanan növbəti sosial paket Azərbaycanda həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsidir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu addım Prezident İlham Əliyevin Azərbaycan xalqına olan diqqət və qayğısının bariz nümunəsidir:

 

“2019-cu ildə cənab Prezident tərəfindən xalqın rifahının yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Cari ildə minimum əməkhaqqı, pensiyalar, tələbələrə verilən təqaüdlərin artırılması, problemli kreditlərin həlli və digər sosial məsələlərlə bağlı cənab Prezident tərəfindən mühüm fərman və sərəncamlar imzalanıb. Lakin dövlət başçısı bu islahatların davamlı olacağını bəyan edirdi və ötən gün bu islahatların davamı olaraq daha bir inqilabi addım atıldı”.

 

Deputat vurğulayıb ki, minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, o cümlədən dövlət qulluqçularının, müəllimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək:

 

“Digər mühüm məsələ odur ki, bu sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq. Prezident İlham Əliyev tərəfindən imzalanan bu inqilabi sərəncamlar bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosialyönümlüdür, vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlib".

 

A.Hüseynov əlavə edib ki, Azərbaycan dövləti inkişaf etdikcə, resursları, vəsaitləri artdıqca, vətəndaşlarımızın sosial rifahı daha da yaxşılaşacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”