Bulvarda “Baku Soul of Art and Dance” festivalı

07:19 21-06-2019 | icon 502 | Mədəniyyət
Bulvarda “Baku Soul of Art and Dance” festivalı

Bakı Dənizkənarı Bulvarın, Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə bulvarda “Baku Soul of Art and Dance” festivalı keçirilib.

 

Versus.Az xəbər verir ki, festival artıq bir neçə ildir ki, yay mövsümündə həftə sonları keçirilir. Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, İran və Türkiyədən gələn rəqqasların bir-birindən möhtəşəm rəqs şouları və ifaçıların çıxışları nümayiş olunub.

 

Festivalın ilk günündə “Youthvision 2019” ölkəmizi təmsil edən gənc müğənni Nadir Rüstəmli Xəzər sahilində yerləşən səhnədə çıxış etdi, daha sonra isə həmin səhnədə Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyədən gələn rəqs qruplarının çıxışları olub. Gürcüstanlı gənc rəqqasə qız azəri rəqsi olan “Ceyrani” rəqsini azərbaycanlılara gürcülər tərəfindən hədiyyə edərək, rəqs edib.

 

Festivalın ikinci günündə Azərbaycan, Ukrayna və İrandan rəqs qrupları və ifaçıların çıxışları olub. Konsert zamanı yaş kateqoriyaları arasında ən kiçik yaş olan 5 yaşlı azərbaycanlı qız solo rəqsi ilə hər kəs tərəfindən çox bəyənilib.

 

Musiqi və rəqs festivalı çərçivəsində peşəkar xoreoqrafların ustad dərsləri də təşkil olunur. Rəqs etməyi öyrənmək istəyən hər kəs açıq rəqs dərslərində iştirak edə bilər. Dərslər müxtəlif beynəlxalq müsabiqələr və çempionatların qalibləri olan peşəkar müəllimlər tərəfindən keçirilir.

 

Məqsədimiz gənclər arasında sağlam həyat tərzinin təşviqi, ölkəmizin mədəni irsi, xarici, milli və etnik rəqs sənəti, xoş və faydalı istirahət fəaliyyəti və turizmin inkişafı ilə bağlı geniş məlumatların təqdim olunmasıdır. Bu festival ilə gənclərə öz istedadlarını nümayiş etdirmək və əylənmək imkanı yaratmağa çalışırıq " deyə bildirdi Azərbaycan Gənclər İttifaqının İctimai Birliyi İdarə Heyətinin üzvü və Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov.

 

Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı altında keçirilən konsertdə iştirak edən uşaqlar bir daha sübut etdilər ki, istəyən hər kəs rəqs etməyi öyrənə bilər. Əsas odur ki, özünüzə inanın və cəhd edin.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı