2 mindən artıq məktəb komandası sırasında qalib Masallı məktəbliləridir

09:18 21-06-2019 | icon 880 | İdman
2 mindən artıq məktəb komandası sırasında qalib Masallı məktəbliləridir

Məktəbin komandasına kubok, futbolçulara isə qızıl medallar təqdim olunub

 

İyunun 19-da Masallı Olimpiya İdman Kompleksinin örtülü zalında yüzlərlə tamaşaçı olduqca maraqlı oyun izləyib.

 

Versus.Az cenubxeberleri.com-a istinadən xəbər verir ki, AFFA-nın təşkil etdiyi məktəblilərin “Coca–Cola” mini futbol turnirində şəhər 4 saylı Digah tam orta məktəbin 14-15 yaşlı şagirdlərindən ibarət komandası ölkənin 2 mindən artıq məktəb komandası sırasında bütün rəqiblərinə qalib gələrək Respublika finalına vəsiqə qazanıb.

 

Finala qədər Digah 4 saylının komandası çox uğurlu yol keçib.

Öncə Masallıdakı bütün rəqibləri məğlub ediblər.

2-ci mərhələdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Yardımlı komandaları masallılarla görüşlərdə ağır məğlubiyyətə uğrayıblar.

3-cü mərhələdə Muğan zonasını təmsil edən Sabirabad və Kürdəmir məktəbliləri masallılarla məğlubiyyətdən qurtara bilməyib. Nəhayət, Bakıda Beyləqan 4/1 finalda masallılara məğlub olub.

 

Yarımfinalda isə Bakının Xəzər rayonunun məktəbli futbolçuları da masallılar qarşısında “ağ bayraq” qaldırıb.

 

Sonda, finalda – Masallı Olimpiya kompleksində Ağdam və Masallının 14-15 yaşlı futbolçuları mini futbol yarışmasında üz-üzə gəliblər. Masallılar oyunun ilk dəqiqəsinə qolla başladığı kimi, son dəqiqələri də qolla bitiriblər.

 

Ümumilikdə isə ağdamlıların qapısına 1-ci hissədə 3, 2-ci hissədə 2 cavabsız top vurmaqla 5:0-lıq qələbəyə nail olublar.

 

Qol vuran futbolçular aşağıdakılardır:

  • İsmayıl (qapıçı, penalti) ilk dəqiqələrdə
  • Rəfael həsənov
  • Mehti Cavadov
  • Tağı Nağıyev
  • Elman Şirinov 

 

Komandanın üzvlərindən Xədicə Bəşirova və Sadiq Bəşirov bacı-qardaşlarının oyunu maraqlı təsir bağışlayıb. Komandanın məşqçiləri - Qabil və Emil Mahmudovlardır.

 

AFFA-dan bu yarışı qurumun məsul işçisi Elxan Məmmədov və Neftçi-nin keçmiş futbolçusu Asif Əliyev, eləcədə yarışın təşkilatçısı Coco-Colanın rəsmiləri izləyib.

 

Masallının qalib komandasına – 4 saylı Digah məktəbinin komandasına kubok, futbolçulara isə qızıl medallar təqdim olunub.

 

Qeyd edək ki, ötən il də bu yarışmanın qalibi masallılar - Ərkivan 4 saylı məktəbin futbolçuları olub.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...