“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

10:08 22-06-2019 | icon 785 | Qarabağ
“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb.

Versus.Az-ın məlumatına görə, layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Bədən Tərbiyəsi və İdman Akademiyasında, Azərbaycan Texniki Universitetində, Turizm və Menecment Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində seminarlar keeçirilib.

 

Layihənin əsas məqsədini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında qaçqın və məcburi köçkün tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, bu münaqişə barədə məlumat bazalarının gücləndirilməsi, sosial şəbəkələr vasitəsilə Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun artırılması təşkil edib.

 

Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu münaqişənin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyi, silahlı qüvvələrimizin ermənistan üzərində əzici gücə malik olmasını təmin etməsi, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın beynəlxalq miqyasda apardığı işlər, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, Heydər Əliyev Fondunun Birinci Vitse-Prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində gördüyü işlər və s. ekspertlər tərəfindən tələbələrə müfəssəl izah edilib.

Tələbələr diskussiyalarda fəal iştirak ediblər. Seminarlar zamanı tələbələrə Ermənistanın Azərbaycana silahlı təcavüzünün fəsadlarını əks etdirən marifləndirici bukletlər paylanılıb.

Səid Əhmədli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...