Bakıda Pre-Party keçirildi – JARA 2019

07:31 24-06-2019 | icon 1013 | Şou-biznes
Bakıda Pre-Party keçirildi – JARA 2019

Versus.az xəbər verir ki, iyunun 22-də Bakı ətrafında olan gözəl istirahət mərkəzlərindən olan Sea Breeze-de JARA-2019 Beynəlxalq Musiqili Festivalının Pre-Party-si baş tutub.

 

“Biz Moskvada hər il JARAdan əvvəl perparti gecelerini keçiririk. Fikirləşdim ki, bu il bele bir geceni Bakıda da keçirməliyik” – JARA festivalının və bu gecelerin təşkilatçısı respublikanın xalq artisti Emin Ağalarov dedi. Bəllidir ki, JARA festivalında 200-ə qədər Azərbaycan, Rusiya və digər xarici ölkələrdən dəvət olunmuş ifaçı iştirak edəcək.

Bu gecəni, İyul ayında JARAda çıxış edəcək Azərbaycan və Rusiyanın məşhur ifaçılarının bir qisminin gur səsi bəzədi. İştirak edənlərin arasında Azərbaycanın xalq artistləri Emin Ağalarov, Aygün Kazımova, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, Səmra Rəhimova, Aysel Məmmədova, Nigar Camal kimi populyar ifaçılar və EUROVİSİON 2019 mahnı müsabiqəsində ölkəmizi təmsil edən Çingiz Mustafayev, Rusiya məşhurları İrina Nelson, SEREBRO qrupu, CYGO, Dj TWINS, Lyusya Çebotina və başqaları çıxış etdilər.

 

Gecənin aparıcısı Rusiya televiziya aparıcısı Yuliya Baranovskaya idi. Səhnəyə çıxmamışdan əvvəl artistlər həm jurnalistlərə müsahibə verirdilər, həm də fanatları ilə yadigar olaraq şəkil çəkdirirdilər.

Çingiz Mustafayev bildirdi ki, JARAda ilk dəfədir ki çıxış edir və bu ona çox böyük qürur verir, çünki belə bir möhtəşəm mahnı festivalı məhz onun doğma şəhərində keçir. Emin Ağalarov və “JARA FM”radiostansiyasının prodüseri və Zhara Music leyblının başçısı Bahh Tee (Bəxtiyar Əliyev) bildirdilər ki, bu ilki festival ötən ilkilərdən daha da möhtəşəm olacaq. “Hazırlaşın” – dedilər. “Bu il hava çox isti olacaq”.

 

Çıxış edən digər ifaşılarımız da qeyd etdilər ki, bu festival da çıxış etmək onlar üçün çox maraqlı və vacibdir. Aygün Kazımova isə bildirdi ki, Filipp Kirkorovla duet olaraq bir gənc xanımın sevgisi haqqında mahnı oxuyacaqlar. Emin Ağalarov onu da qeyd etdi ki, yaxın zamanlarda Azərbaycanda JARA radiostansiyası, azərbaycan dilində JARA TV açılacaq və yerli ulduzları mükafatlandırılması üçün eyniadlı mükafatlar da həyata keçiriləcək. Rusiyalı müğənni İrina Nelson isə şəhərimizin daha da gözəlləşməyini vurğuladı və dedi ki, azərbaycan musiqisinin, əsas da milli musiqi aləti tütəyin vurğunudur.

 

Qeyd edək ki, JARA 2019 Beynəlxalq Mahnı Festivalı iyulun 25-28 tarixində baş tutacaq.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb