İqbal Ağazadədən müxalifətə seçki mesajı

10:40 24-06-2019 | icon 358 | Siyasət
İqbal Ağazadədən müxalifətə seçki mesajı

“Tək çarə seçki oldu.., siz deyin, siyasi partiyalar seçkiləri mütəmadi boykot etsəydi, seçici aktivliyi olardımı?” “Bilirsinizmi Əkrəm İmamoğlu niyə qalib gəldi? 17 ildir CHP və digər partiyalar heç seçkini boykot etmədilər ki? Şərtlər nə qədər ağır olsa da, AKP iqtidarı nə qədər seçki saxtakarlığı etsə də, seçkiyə qatılmamağı kimsə ağlına belə gətirmədi”.

 

Versus.Az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə İstanbul Bələdiyyə seçklərinin ikinci turunda da qələbə çalan Əkrəm İmanoğlu təcrübəsini özünün "facebook"səhifəsində yazdığı statusunda önə çəkərkən bildirib.

 

İ.Ağazadə bununla da bütün siyasi partiyaların Azəbaycanda keçirilən seçkilərdə iştirakının vacibliyinə toxunub. O, bildirib ki, Türkiyədə Ergenekon həbsləri, səhnələşdirilmiş çevriliş teatrları saysız-hesabsız müxalifləri mübarizədən kənarlaşdırsa da, çoxsaylı jurnalistlər, azad düşüncəli insanlar həbs olunsa da, tək çarə seçki oldu:

 

“Və sonda... Ərdoğan da xalqın qarşısında geri çəkildi. Siz deyin, siyasi partiyalar seçkiləri mütəmadi boykot etsəydi, seçici aktivliyi olardımı?

....Azərbaycan Müxalifətinin böyük hissəsi isə 1998-də, 2004-də, 2008-də, 2009-da, 2015-də, 2018-də seçkiləri boykot edib. Sıra 2019 və 2020 seçkilərinindirmi? Yenə də boykot edək? Bəs bu ölkəni necə dəyişək?”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI