Mirzə Şəfi Vazehin əsərlərinin yeni həyatı

11:00 24-06-2019 | icon 919 | Ədəbiyyat
Mirzə Şəfi Vazehin əsərlərinin yeni həyatı

Xalq Bankın “Xalq Əmanəti” layihəsinin on səkkizinci nəşri böyük Azərbaycan şairi, mütəfəkkiri, marifçi-pedaqoqu Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunmuşdur.

 

Versus.Az-ın məlumatına görə, “Vazeh” (ifadəli, aydın) təxəllüsü ilə Azərbaycan və fars dillərində yazıb-yaradan Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu 1794-cü ildə Gəncədə doğulmuşdur. Vazeh qələmindən çıxan “Yusif və Züleyxa”, “Sədi və şah” poemaları, çoxsaylı qəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri dövrü üçün çox cəsarətli nümunələr idi. Lakin şairin yaradıcılığı, onun tədris və maarifçilik sahəsində səyləri din xadimlərinin ürəyincə deyildi. Böyük təzyiqlər altında Mirzə Şəfi 1840-cı ildə doğma şəhərini tərk edərək, o vaxt Qafqazın mütərəqqi mədəniyyət, elm və təhsil mərkəzi sayılan Tiflisə köçməyə məcbur olur.

Mirzə Şəfi Tiflis məktəbində mükəmməl bildiyi “nəstəliq” xətti ilə yazıdan, sonra isə şərq dillərindən və ədəbiyyatdan dərs deyirdi. Şair öz evində “Divani-Hikmət” ədəbi məclisi yaratmışdı. Dövrünün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşardılar. Eyni zamanda Mirzə Şəfi Azərbaycan poeziyasının ilk müntəxəbatını yazır və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" tərtib edir (İ.Qriqoryevlə birgə). Mirzə Şəfi Vazehin ədəbi məclisinin dinləyicilərindən biri Qafqazın tədqiqatçısı, alman tərcüməçi, ondan bir neçə il ərzində şərq dilləri dərsi alan Fridrix Martin fon Bodenştedt olmuşdur. Bodenştedtin sözlərinə görə vətəninə dönərkən Vazeh ona öz əlyazmalarını verir, Bodenştedt isə müəlliminə əlyazmaları tərcümə edib nəşr edəcəyini və bir nüsxəsini müəllifə göndərəcəyini vəd edir. Bodenştedt 1850-ci ildə “Şərqdə min bir gün” adlı kitabını dərc edir və həmin kitabda azərbaycanlı müəllimi, şair Mirzə Şəfiyə və onun şeirlərinə xüsusi yer ayırır. Kitab böyük uğur qazanır və 1 il sonra həmin kitabın məzmunu genişləndirilərək “Mirzə Şəfinin nəğmələri” adı ilə ayrıca şeir toplusu kimi dərc edilir. 23 il keçəndən sonra Bodenştedt “Mirzə Şəfinin irsindən” adlı daha bir toplu nəşr etdirir ki, bu kitabda o artıq şeirlərin əvvəlki kitablarda söylədiyi kimi Mirzə Şəfiyə deyil, ona məxsus olduğunu iddia edir. Vazehin “nəğmələri” Almaniyada nəşr edildiyi 1850 və 1851-ci illərdən sonrakı 40 il ərzində 145 dəfə çap olunmuş, bu dövr ərzində Avropanın əsas aparıcı dillərinə çevrilmiş, dünya şöhrəti qazanmışdı. O dövrün reallığı nəzərə alınarsa Mirzə Şəfinin Avropadakı şöhrətinin miqyasını təsəvvür etmək çox çətindir.

 

Dövrünün böyük musiqiçisi, rus pianoçusu və bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfidən seçdiyi 12 şeir əsasında silsilə romanslar bəstələmişdi ki, bu əsərləri 1855-ci ildə böyük Avstriya-macar bəstəkarı Ferens List bəyənmiş və nəşrinə kömək göstərmişdir. “İran motivləri” adı ilə populyarlıq qazanan romansları sonradan digər böyük rus bəstəkarı Pyotr Çaykovski alman dilindən rus dilinə tərcümə etmiş, dünya opera sənətinin əfsanələrindən biri Fyodor Şalyapin isə onları uzun illər uğurla ifa etmişdir. 1887-ci ilin noyabr ayında isə Berlinin küçələrini Fridrix Vilhelm teatrında Emil Polun librettosu və bəstəkar Karl Milyokerin “Mirzə Şəfinin şərqiləri” operettasının afişaları bəzəyirdi. Mirzə Şəfi Vazehin “Bütün əsərləri” Xalq Əmanəti” kollektivinin təcrübəsində ən mürəkkəb işlərdən biri olmuşdur. Beş ildən çox müddət ərzində üzərində müxtəlif ölkələrin çoxsaylı mütəxəssislərinin çalışdığı, zərrə-zərrə toplanaraq üç dilə tərcümə edilən külliyyatın Gəncəli müdriki və onun yaradıcılığını xalqımıza yenidən qaytaracağı şübhəsizdir. Azərbaycan, rus və alman dilərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer almışdır. Mirzə Şəfi Vazehin alman dilindəki irsi – Fridrix fon Bodenştedtin çap etdirdiyi üç kitabda yer alan bütün poetik mətnlər nəzərə alınarsa 351 şeirdən ibarətdir. Şairin əsasən N.Qrebnev və L.Maltsev tərəfindən rus dilinə tərcümə olunan əsərlərinin sayı 400-ə yaxındır. Bu şeirlərin yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələri təşkil edir. Orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin ümumilikdə sayı isə heç vaxt 100-ü ötməyib. Yaradıcı qrup ilk növbədə əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasına keçirdi. Bu şeirlər Mirzə Şəfinin Azərbaycan və rus dillərində indiyədək mövcud şeirləri ilə tutuşduruldu və hər üç dildə çatışmayan şeirlər müəyyənləşdirildi. Bu şeirlərin Azərbaycan və rus dillərində sətri tərcümələri hazırlandı. Eyni zamanda Azərbaycan və rus dillərində mövcud olan şeirlər bir-biri ilə tutuşdurularaq bu istiqamətdə də boşluqlar müəyyənləşdirildi - Azərbaycan dilində çatışmayan 270, rus dilində 180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri hazırlandı.

 

Bu prosesdə alman dilinin tanınmış mütəxəssisləri, alimlər və eləcə də Mirzə Şəfi yaradıcılığının azərbaycanlı tədqiqatçıları prof. Akif Bayram, prof. Fəxrəddin Veysəlli, Vilayət Hacıyev, Yusif Savalan yaxından iştirak etmişlər. Almaniyadan tərcüməçi-ədiblər Orxan Aras və Karl.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür