“Papaqlarını qarşılarına qoyub düşünsünlər, əgər papaqları varsa...”

12:38 24-06-2019 | icon 651 | Siyasət
“Papaqlarını qarşılarına qoyub düşünsünlər, əgər papaqları varsa...”

Versus.Az “Üç Nöqtə”-yə istinadən ordumuzun bugünkü döyüş vəziyyəti və keçirilən hərbi təlimlərin ölkəmiz, region üçün əhəmiyyətliliyi barədə millət vəklləri və politoloqların şərhlərini təqdim edir.

 

 

Millət vəkili Aydın Mirzəzadə Azərbaycan ordusunun bugünkü durumunu yüksək qiymətləndirməklə, adının ən güclü ordular sırasında olduğunu bildirib:

 

“Azərbaycan ordusu dünya orduları reytinqində 52-ci yerdədir və ən güclü müasir silahlarla təhciz olunub. Ordunun şəxsi, zabit heyəti yüksək hərbi peşəkarlığa malikdir. Ulu öndər Heydər Əlievin başladığı, bu gün isə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğunda apardığı siyasət öz müsbət nəticəsini verir. Bu gün ordumuz Azərbaycanın müstəqilliyinin keşiyindədir və ordu ilə xalq arasında güclü birlik var.  Orduda xidmət etmək hər bir gənc üçün bir şərəf, namus məsələsidir ki, buna böyük məsuliyyət hissi ilə yanaşırlar. Bu gün Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal altında saxlanılır və bu problemin həlli üçün Azərbaycan daim ciddi hazırlıq işləri aparır. Təbii ki, ərazi bütövlüyümüzün təmin edilməsində ordumuzun xüsusi rolu olacaq”.

 

Millət vəkili bildirib ki, son günlər Türkiyə, NATO və hazırda Pakistan hərbçilərinin iştirakı ilə keçirilən hərbi təlimlər gündəmdə olan əsas məsələlərdəndir. Onun sözlərinə görə, Pakistan ordusunun çox güclü hazırlığı var və dünyada nüfuzlu silahlı qüvvələrdən biridir.  Birgə hərbi təlimləriin keçirilməsi hər iki ölkənin ordusunun hərbi peşəkarlığının artmasına, hərbi təcrübənin qarşılıqlı surətdə bölünməsinə kömək edir.  Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olması Azərbaycan-Pakistan münasibətlərinin əsas qayəsini təşkil edir.

 

A.Mirzəzadə bu günlər Ermənistanın Azərbaycan silahlı qüvvələrinin keçirdiyi təlimlərdən narahatlıq keçirməsini bildirib:

 

“Ermənistan tərəfi Azərbycandakı ordu quruculuğundan ciddi şəkildə narahatdır. O bilir ki Azərbaycan sadəcə olaraq təlimlər keçirmir, bir gün öz gücünü işğalda olan torpaqların azad olunmasına yönəldəcək. Azərbaycan nə edirsə öz ərazisində və beynlxalq hüquq normaları çərçivəsində edir. Ermənistan qorxur ki, işğal altında saxladıqları torpaqlar bir gün işğaldan azad olunacaqdır. Azərbaycan öz ərazilərini işğldan azad etmək üçün hərbi əməliyyatlara başlasa bunu beynəlxalq hüquq çərçivəsində edəcək. Dünya buna anlamla yanaşacaq.  Şübhəsiz ki, dünya problemin sülh yolu ilə həllinə çalışacaq. Amma Azərbaycan öz ərazi bütövlüyünün təmini üçün hansı vasitədən istifadə edəcəyində sərbəstdir.  Qeyd edim ki, Ermənistanın öz təxribatına başqa dövlətləri cəlb etmək cəhdləri həmişə iflasa uğrayır. Çünki heç bir halda, heç bir dövlət Ermənistanın Azərbaycana qarşı  mövqeyini dəstəkləmir və dəstəkləməyəcək”.

 

 

Millət vəkili Elman Nəsirli bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyi dəyişməzdir. Onun sözlərinə görə, bu mövqeyi Ali Baş Komandan, cənab İlham Əliyev ən yüksək beynəlxalq kürsülərdən ifadə edərək bəyan edib:

 

“Prezident bildirib ki, münaqişənin dinc yolla həllinə sadiqik, biz sülhpərvər dövlətik və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyrik. Dövlətimizin başçısı eyni zamanda onu da vurğulayıb ki, sülhpərvər dövlət olmaqla yanaşı, əgər münaqişəni dinc həlli yolları tükənərsə,  beynəlxalq hüqq normalarına hörmət edərək,  istənilən yolla, eyni zamanda hərb yolu ilə münaqişəni həll etmək hüququmuzu özümüzdə saxlayırıq”.

 

E.Nəsirli BMT nizamnaməsinin 51-ci maddəsini xatırladaraq qeyd edib ki, ərazisi təcavüzə məruz qalan dövlətin müdafiə hüququ var və Azərbaycan ondan istifadə edə bilər:

 

“Bunun üçün Azərbaycanın çox güclü ordusu var və Azərbaycan ordusu ən güclü orduların sırasındadır. 2018-ci ildə keçirilən son iki hərbi parad göstədi ki, Azərbaycan ən müasir hərbi texnikaya malikdir. Eyni zamanda bizim əsgər və zabit heyətində  çox böyük döyüş ruh var, vətənpərvərlik  ən yüksək səviyyədədir”.

 

E.Nəsirli xüsusilə də Türkiyə ilə Azərbaycan arasında hər il keçirilən və mütəmadi xarakter daşıyan hərbi praktiki təlimlərə toxunaraq, belə təlimlərin ordumuzun gücünün daha da möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib:

 

“O da bəllidir ki, Gürcüsatan dövləti də bu prosesdə iştirak etmək niyyətini ortaya qoyub. Bununla bağlı ilkin razılaşmalar var və gələcəkdə Azərbaycan, Türkiyə, Gürcüstan birgə təlimləri də reallaşdırılacaq. Bu da nəticə etibarı ilə Azərbaycanın gücünü daha da möhkəmləndirəcək. Bu, həm də Gürcüstanın hərbi nöqteyi - nəzərdən Azərbaycanın yanında olması anlamına gətirib çıxarır”.

 

Millət vəkili, bu prosesin Ermənistanda çox böyük vahimə ilə qarşılandığını qeyd edib. Bildirib ki, işğalçı Ermənistan bunu düzgün qiymətləndirməli və Azərbaycanın hərbi gücü ilə üzləşərək məğlub olacağını görüb işğaldan əl çəkməlidir:

 

“Aprel döyüşlərindən sonra heç kimin buna şübhəsi yoxdur. Ona görə də indi hələ ki, top Ermənistan tərəfdədir, papaqlarını qarşılarına qoyub düşünsünlər, əgər papaqları varsa...”

 

 

Azərbaycanın xarici siyasətində ikitərəfli münasibətlər formatının üstünlük təşkil etdiyini deyən E.Nəsirli, bu əməkdaşlıqların getdikcə yüksək səviyyədə formalaşdığını deyib:

 

“Artıq Azərbaycanın qonşu dövlətlərlə ikitərəfli deyil, üçtərəfli, dördtərəfli münasibətləri formalaşır. Məsələnin hərbi sahəyə də transfer etdiyini müşahidə edirik. Artıq Azərbaycn - Türkiyə hərbi təlimləri, Azərbaycan-Türkiyə, Gürcüstan formatı ilə inkişaf edir və artıq Azərbaycanla Pakistan arasında analoji addımlar reallaşır. Bütün bunların Azərbaycanın hərbi gücünü daha da möhkəmləndirir. Nəzərə alsaq ki, Pakistan yeganə müsəlman dövlətidir ki, nüvə silahına malikdir və onun  hərbi sənaye kompleksi kifayət qədər güclüdür, bu da gələcək uğurlardan söz açır. Pakistan o ölkədir ki, Azərbaycana qarşı təcavüzünə görə Ermənistanı tanımır, onunla heç bir diplomatik münasibətlərə malik deyil. Pakistan açıq şəkildə söyləyib ki, əgər Ermənisan Azərbaycana qarşı hərbi əməliyyatlara başlasa, birmənalı olaraq Azərbaycanın yanında olacaq.  Bu sözləri deyən Pakistanın bu gün hərbi sahədə Azərbaycanla əməkdaşlığa üstünlük verməsi, artıq Azərbaycanın hərbi sahədə daha da güclənməsini göstərir. Ermənistan bunları da nəzərə almalı və buna uyğun olaraq konstruktiv addımlar atmalıdır. Əks halda regionda hərbi əməliyyatlar yenidən başlaya bilər”.

 

 

Azərbaycan ordusunun müstəqillik dövründən sonra yaranmağa başladığını qeyd edən siyasi təhlilçi Rauf Məmmədov son dövrlər ordumuzun təkmilləşməsi və inkişafına böyük diqqət yetirildiyini önə çəkib. O, hazırda Azərbaycanın Rusiyadan, İsraildən, Pakistan və başqa ölkələrdən müasir tipli silahlar aldığını qeyd edib. Bildirib ki, bu,  həm də Azərbaycanın iqtisadi inkişafının göstəricisi, eləcə də aparılan məqsədyönlü siyasətin davamıdır. Onun sözlərinə görə, mövcud vəziyyət tələb edir ki, ordumuz güclənməli, müasir silahlarla təhciz olunmalıdır:

 

“Regionda cərəyan edən gərginlik Azərbaycanı hər cür sürprizlərə hazır olmağa sövq edir.  Çünki Azərbaycan yalnız Erənistanla deyil, həm də Rusiya ilə də toqquşa bilər. Azərbaycan özünü bu cür perspektivləə hazırlamalıdır ki, böyük tazyiqlərlə qarşı-qarşıya gəlmə ehtialında özünü doğrulda bilsin”.

 

R.Məmmədov hesab edir ki, Azərbaycan təkcə texniki cəhətdən deyil, həm də mənəvi olaraq döyüşə hazır olduğunu həllə aprel döyüşlərində bir daha dünyaya bəyan edib:

 

“Azərbaycan ordusu aprel döyüşlərində özünün mənəvi ruh yüksəkliyini göstərdi. Bu bizim üçün önəmli idi, çünki Qarabağın işğalından sonra insanlarımızda mənəvi sınma var idi. Ancaq Mübariz İbrahimovun  göstərdiyi qəhrəmanıq, onun şəhidliyi təkcə bir döyüşçünün şücayəti yox,  Azərbaycanın hərb tarixində böyük bir dönüş nöqtəsi oldu.  Bu, insanları daxilən ruhlandırdı. İnsanlarda belə bir əminlik yaratdı ki, biz təkcə texniki baxımdan yox, həm də mənəvi baxımdan da döyüşə hazırıq. Azərbaycan xalqı mənəvi cəhətdən əzilməyib, sınmayıb və istənilən vaxt düşmənin cavabnı verə bilər.  Hətta Azərbaycan əsgərləri döyüşün dayandırılmasına etiaz elədilər. Bir çox yerlərdə azərbaycanlılar çıxış edərək, döyüşə gəlmək istədiklərini bəyanladılar. Bu çox böyük göstəricidir. Təbii ki, insanların bu ruh yüksəkliyi bizim Prezidentə də böyük stimul verdi. Bu, Prezidentin Qarabağın işğaldan azad olunmasında daha qətiyyətli siyasət yürütməsinə imkan vedi. Bu faktor onu göstərdi ki, Azərbayan tək deyil”.

 

R.Məmmədov bildirib ki, hərbi zahədə güclü dövlətlərdən olan Türkiyənin, eyni zamanda da Pakistann əməkdaşlıq eləməsi onu göstərir ki, Azərbaycan regionda inkişafı təkcə Türkiyənin deyil, həm də Pakistanın marağındadır. Pakistanın Çinlə yaxşı münasiblətləri var. Pakistanın,  Çinin “İpək yolu” layihəsində iştirakı, Azərbayanın da bu layihədə olması bu ölkələrin  hansıs  mənada bir-birinə hərbi dəstək verməsinə də gətirib çıxara bilər. Əgər Rusiya, Amerika Azərbaycana təzyiq edib hərbi baxımdan zərbə vurmaq istəsələr, qarşılarında Pakistanı da görəcəklər, Türkiyəni də, hətta Çini də..

 

Versus.Az  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür