AXH bəyanat qəbul edib

22:47 24-06-2019 | icon 411 | Siyasət
AXH bəyanat qəbul edib

Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Elmar Məmmədyarovun "Biz əhalini sülhə hazırlamalıyıq" və deputat Eldar Quliyevin də barışığa və sülhə çağırışları müzakirə olunub.

 

Versus.Az xəbər verir ki, sonda bəyanat qəbul olunub. Bəyanatda deyilir:

 

Dağlıg Qarabağ münaqişəsi həll olunmadan, Ermənistandan yüz minlərlə qovulan azərbaycanlıların hüquqları bərpa olunmadan, Ermənistan hökuməti tərəfindən azərbaycanlıların öz torpaqlarına qayıtmağına şərait yaradılmadan heç bir halda sülhdən danışmaq olmaz.

Minlərlə azərbaycanlı Ermənistanda hələ də girovda saxlanılır. Hesab edirik ki, azərbaycanlılar yaxın tariximizdə ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirən soyqırımları yaddan çıxarmamalıdır. Torpaqlarımız işğal altında olduğu halda bizi nə ilə və kiminlə barışdırmaq istəyirlər. Hansı sülhün yaradılmasından danışılır? Bugünkü şəraitdə sülh yaratmaq adı ilə düşmənlə əməkdaşlıq edilməsi yalnız işğalçı və onların havadarlarının istəkləri ola bilər. Sülhə çağırışlar işğal faktının unutdurulması məqsədi güdülür. Ermənistan mono respublikadır və orda nəinki, azərbaycanlılar, hec digər millətlər də qalmayıb.

 

Torpaqlarımız azad edilməli, əsir və girovlar geri qaytarılmalı, Azərbaycanının ərazi bütövlüyü təmin edilməli və bütün bunlardan sonra sülhdən danışmaq olar. Biz bir daha bəyan edirik ki, bugünki iqtidar Dağlıq Qarabağ məsələsində yanlış siyasət aparır. Biz AXH İdarə Heyəti olaraq sülh danışıqların dayandırılmasını və işğalda olan torpaqlarımızı azad olunmasını tələb edirik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI