Haqq adamı Haqqa qovuşdu...

10:34 25-06-2019 | icon 800 | Gündəm
Haqq adamı Haqqa qovuşdu...

Onun həmyaşıdlarının dilindən qopan kəlmə çoxdan kəsərini itirmişdi- 95 yaşı vardı. Aclıq, müharibə, tənəzzül, tərəqqi- ötüb keçdiyi ömür yolunda rast gəldikləri idi. "Mövcud olmaq hələ yaşamaq deyil" – o, demişdi. Bəli, yaşının çoxluğuna baxmayaraq o, yaşadı, həm mövcudluğunu, həm də varlığını sübut etdi…

 

Deyirdi ki,- “Abbas Səhhət M.Ə.Sabirin ölümündən sonra "Hophopnamə"nin çapı üçün pul yığılmasını təklif edir. Nəticədə 126 manat pul yığılır. Bunun 26 manatı azərbaycanlılardan, 100 manatı isə erməni qadınlarından gəlir.”


Bu hadisəni, eləcə də xalqımızın başına gətirilən oyunlardan elə yana-yana danışırdı ki, sözlərindəki alovun şölələrini görməmək olmurdu. Onu yandırıb yaxan milli təəssübkeşlik hissləri, qeyrəti idi…

 

Bütün ömrü boyu cumhuriyət tarixini araşdırdı. Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri var idi. Mətbuat tariximizin araşdırılmasında böyük zəhməti olan tədqiqatçıların sırasında adı həmişə ön cərgədə çəkiləcək. Bəli, xalqımız onu çox sevir. Bu boyda qeyrət sahibini sevməmək mümkün deyil...

 

Yeriniz behişt olsun, Şirməmməd müəllim!

 

Elman Eldaroğlu,
/ABŞ, Miçiqan/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...