“Bu iki böyük dövlət öz güclərini birləşdirirsə, deməli…” - MÜSAHİBƏ

10:49 25-06-2019 | icon 562 | Siyasət
“Bu iki böyük dövlət öz güclərini birləşdirirsə, deməli…” - MÜSAHİBƏ

Nəzakət Məmmədova: “Hərbi təlimlər bizim üçün nə dərəcədə əhəmiyyətlidirsə, düşmənlərimiz üçün bir o qədər üzücüdür”

 

Xəbər verildiyi kimi, iyunun 7-dən başlayaraq Azərbaycanla Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin "Sarsılmaz qardaşlıq-2019" birgə döyüş atışlı taktiki təlimləri aparılıb. Tərəflər dostluq və birgə əməkdaşlıq çərçivəsində icra edilən təlimlərin layiqli şəkildə öz məqsədinə çatdığını və böyük müvəffəqiyyətlə yerinə yetirildiyini və iki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyini önə çəkiblər.

 

Versus.Az “Üç Nöqtə”-yə istinadən bu və digər məsələlərlə bağlı politoloq Nəzakət Məmmədovanın müsahibəsini təqdim edir.

 

- Nəzakət xanım, istərdim məsələyə ondan başlayaq ki, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının əsası necə qoyulub və bugünkü səviyyəyə necə çatıb?

 

- Bu üç ölkə arasındakı əməkdaşlığın bugünkü səviyyəyə çatmasında Ümummilli Liderimiz eydər Əliyevin böyük xidmətləri olub. Onun uzaqgörən, müdrik siyasətçi kimi region ölkələri arasındakı münasibətlərin vacibliyini düzgün qiymətləndirməsi və bu münasibətlərin yaxşılaşdırılması üçün əlindən gələni etməsi Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərini bügünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Hazırda bu siyasət uğurla davam etdirilir və bütün sahələri, o cümlədən hərbi-siyasi əməkdaşlıq sahəsini əhatə edir. Son günlər iki qardaş dövlətin Naxçıvanda keçirdiyi hərbi təlimlər bizim üçün nə dərəcədə əhəmiyyətlidirsə, düşmənlərimiz üçün bir o qədər üzücüdür.

 

- Bu gün Türkiyə-Azərbaycan hərbi təlimləri regionun sabitliyi və təhlükəsizliyi baxımından yeni nələri vəd edir və region, eləcə də beynəlxalq aləmə hansı mesajlarını verir?

 

- Azərbaycan-Türkiyə hərbi təlimləri, əlbəttə ki, iki ölkənin birliyini, həmrəyliyini göstərir. Bu, siyasi hərbi və digər sahələrdə Azərbaycanla Türkiyənin həqiqətən də "iki dövlət, bir millət” olduğu mesajını verir. Region üçün isə ilk növbədə sabitlik və əmin-amanlıq məqsədini ortaya qoyur. Bu təlimlər onu göstərir ki, regionda iki böyük qüvvə - Azərbaycan və Türkiyə həmrəyliyi var və bu birliyin qarşısında heç bir güc tab gətirə bilməz. Bu iki böyük dövlət öz güclərini birləşdirirsə, deməli, regionda əsas söz sahibləridən biridirlər. Bu təlimlər, regiona birinci növbədə bunu mesaj edir. Eyni zamanda bilirik ki, 1921-ci il Qars müqaviləsinə görə Türkiyə Naxçıvanın qarantor dövlətidir. Ermənistanın Naxçıvanla bağlı ərazi iddiaları var və bu iddialara görə Dağlıq Qarabağdan sonra Naxçıvan da ikinci münaqişə ocağı ola bilər. Belə bir şəraitdə, təbii ki, Türkiyə Ermənistanın qarantor dövləti kimi birbaşa mesaj verir ki, o, Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır.  Eyni zamanda Azərbaycanın Türkiyənin ən yaxın dostu olduğu və bütün düşmən qüvvələrə ünvanlanan birlik göstəricisidir.

 

- Ermənilərin bu hərbi təlimlərə verdiyi əks reaksiyası və təlimləri müharibəyə hazırlıq kimi dəyərləndirilməsi, yersiz səs-küyü hansı beynəlxalq reaksiyanı doğura bilər və bu, bu təlimlərin müharibəyə hazırlıq kimi dəyərləndirilməsi hansı qorxudan irəli gəlir?

 

- Təbii ki, ermənilərdən başqa bir reaksiyanı gözləmək də düzgün olmazdı. Ermənilər həmişə Azərbaycanın və Türkiyənin gücündən çəkiniblər. Burda həm qorxu, həm də narahatlıq var.  Guya Azərbaycanın müharibəyə hazırlaşması ilə bağlı təbliğat aparırlar. Necə olur ki, Ermənistan Rusiya ilə birlikdə təlimlər keçəndə Azərbaycanla Türkiyə bu cür hay-küy salmırdı, amma indi Ermənistan özü müharibə yaradan ölkə olsa da, bizləri müharibəni arzulayan ölkə kimi təqdim edir. Heç təsadüfi deyil ki, erməni təxribatı bu məsələdən də ustalıqla yararlanmağa çalışır. Əvvəla, Ermənistanın belə bir iddialar irəli sürməyə ixtiyarı yoxdur. Türkiyə və Azərbaycan müstəqil dövlətlərdir və öz aralarında əməkdaşlığın hansı səviyyədə qurulması onların suveren hüququdur. Ermənistanın bu məsələ ətafında hər hansı formada səs - küy salmağa heç bir haqqı yoxdur. Digər tərəfdən də əlbəttə ki, ermənilər bundan çox narahatdırlar. Çünki onlar bu iki dövlətin gücünün nəyə qadir olduğunu bilirlər. O da sirr deyil ki, işğalçı dövlət öz məkirli məqsədlərindən əl çəkmir və öz istəyinə nail olmaq üçün ağalarından dəstək almağa çalışacaqlar.

 

- Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin birgə görüşünü necə təhlil edərdiz? Azərbaycanın Gürcüstanı da hərbi təlimlərdə iştiraka dəvət etməsi regionda hansı gücü formalaşdıra bilər?

 

- Türkiyə, Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin görüşü mövcud əməkdaşlığın möhkəmləndirilməsi baxımından müsbət hal kimi dəyərləndirilə bilər. Amma bu kimi tədbirlər  regionda təhlükəsizliyi təmin etmək üçün Ermənistanı öz işğalçılıq siyasətindən əl çəkməyə vadar edəcəkmi, əsas məsələ budur. Bu görüşlər regionun təhlükəsizliyi baxımından işğalçıya qarşı sərt təpkilərin yaranması, torpaqlarımızın azad olunması, nəticə etibarı ilə regionda ədalətli sülhün bərpa olunması istiqamətində hərbi müttəfiqlərin əldə olunmasına apara bilər. Təbii ki, bu mənada üçtərəfli görüşləri uğurlu hesab etmək olar. Bu üç ölkənin təlimlərdə birgə iştirakı, qlobal miqyaslı nəqliyyat-kommunikasiya, enerji layihələrində birgə iştirakının davamıdır. Müasir dünyada iqtisadi birliklər adətən həm də siyasi birliklərin yaranmasına da rəvac verdiyi üçün, onun mühüm bir hissəsi olan siyasi-hərbi birliklərin də formalaşmasına təkan verir.

Azərbaycanla Gürcüstan arasındakı ikitərəfli əməkdaşlıq məsələsinə gəlincə, unutmaq olmaz ki, son dövrlər bu iki ölkə arasında münasibətləri kəskinləşdirmək istəyən qüvvələr var.  Bu baxımdan həm Gürcüstanın bu təlimlərdə iştirakı,  həm də Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin ikitərəfli əməkdaşlıq barədə görüşləri əlbəttə ki, yaxşı haldır və onu pozmaq istəyən əks qüvvlərə qarşı bir mesajdır.  Münasibətlərin davam etməsi baxımından hər halda faydalıdır.  Biz həm də bilirik ki, Gürcüstan son illərdə ABŞ-la da yaxın münasibətlər qurmağa başlayıb.  Bu baxımdan Gürcüstan regionda fəal siyasət həyata keçirir. Bu mənada, hər halda Gürcüstanın Ermənistanla yox, Azərbaycanla hərbi təlimlər keçirməsi təbii ki, Cənubi Qafqazdakı güc balansını bizim xeyrimizə dəyişir.

 

- Nəzakət xanım, bilirik ki, Gürcüstan ABŞ-ın regionda hərbi tərəfdaşıdır və ABŞ Gürcüstan ordusuna hərbi təlimlər keçir. Eyni zamanda Gürcüstanda NATO-nin təlim mərkəzi fəaliyyət göstərir. Azərbaycan-Gürcüstan əməkdaşlığı NATO-nun təcrübəsindən yararlanmamız üçün hansı imkanları yarada bilər?

 

- Gürcüstanın baş naziri Mamuka Baxtadze bu günlərdə ABŞ-da səfərdə olub. O, bir sıra mühüm görüşlər keçirib. ABŞ dövlət katibi ilə görüşü zamanı Pompeo Gürcüstanı öz hərbi tərəfdaşları hesab etdiyini bildirib. ABŞ dövlət ktibi onu da qeyd edib ki, bu əməkdaşlıq azad seçkilər, demokratiyanın inkişafı baxımından əhəmiyyətlidir. Burada onu da qeyd etmək yerinə düşərdi ki, ABŞ prezidenti Tramp ötən ay Prezident İlham Əliyevə göndərdiyi məktublarda Azərbaycanın həyata keçirdiyi islahatlara yüksək dəstəyini ifadə edərək, bunun bütün regionda sabitliyə və tərəqqiyə xidmət edəcəyini qeyd etmişdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Gürcüstan ABŞ-ın nəzərində Cənubi Qafqazın demokratiya yolunda uğurla irəliləyən dövlətləridir. Ermənistanda isə demokratiya iflasa uğrayıb, onun əvəzində xaos, qarşıdurma və böhran hökm sürür. Qərb Cənubi Qafqazda etibarlı tərəfdaş olaraq məhz Azərbaycanı və Gürcüstanı qəbul edir.

 

- Nəzakət xanım, hərbi təlimlər erməni işğalının region üçün təhlükəliliyi və işğal faktorunun aradan qaldırılması üçün regionda maraqlı olan beynəlxalq güclər tərəfindən hansı tədbirlərin görülməsinin vacib bilir?

 

- Dağlıq Qarabağın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquqa əsaslanaraq azad olunması istiqamətində faktiki olaraq beynəlxalq qurumların təsiri ilə ortada heç bir güc tətbiqi yoxdur. Keçirilən tədbirlər hələ ki, region dövlətləri arasında iki dövlət arasında hərbi gücün nəzəri olaraq nümayişidir.  Bütün tədbirlərin, əməkdaşlıqların bir ali məqsədi olmalıdır, bu da birinci növbədə təhlükəsizlik, sabitlik və ərazilərin qorunması və hazırki şəraitdə torpaqların işğaldan azad olunması, ərazi bütövlüyümüzün təminatıdır.  Bu təlimlər, hərbi əməkdaşlıqlar, son məqsədə xidmət üçün həyata keçirilir. Bu, bütün region dövlətləri üçün sabitliyə, inkişafa yeni imkanlar açacaqsa alqışlanmalıdır. Azərbaycan humanistlik, beynəlxalq hüquqa həddən artıq hörmət göstərib, hələ ki, terrora qarşı güc tətbiqi hüququndan istifadə etmir. Lakin hər şeyin bir sonu var və Ermənistanın bu hərəkətlərinin də qarşısı alınacaqdır. Azərbaycanın buna kifayət qədər gücü var. Elə son təlimlər də bunu bir daha sübut edir. Düşünürəm ki,  region dövlətləri nəhayətdə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün bu cür əməkdaşlıqların daha da inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Çünki  böyük layihələrə sahiblik edən Azərbaycanın işğala məruz qoyulması regionun inkişafına əngəl olan ən böyük maneədir və istər Qafqaz ölkələri, istərsə də Avropa, Qərb bu reallığı anlamalıdırlar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI