“İmamoğluya haqları tapdanmış namizəd kimi baxan xalq onu dəstəklədi”

11:02 25-06-2019 | icon 530 | Siyasət
“İmamoğluya haqları tapdanmış namizəd kimi baxan xalq onu dəstəklədi”

Ramiyə Məmmədova: "İmamoğlu siyasətdə qabağa getmək istəyirsə İstambulu öz işi ilə fəth etməlidir"

İstanbulda keçirilən bələdiyyə seçkilərini şərh edən politoloq Ramiyə Məmmədova bildirib ki, ilk seçkilərin nəticələri ləğv olunduqdan sonra müxalifət və dövlət nümayəndələri arasında gərgin mübarizə gedib. Seçki ilə bağlı keçirilən mitinqlərdə, eləcə də bir çox seçki kampaniyalarında Binəli Yıldırımın prezident Ərdoğan tərəfindən yönləndirildiyi, təbliğatını aparması, Əkrəm İmamoğlunun isə sərbəst şəkildə fəaliyyət göstrməsi seçicinin diqqətindən yayınmayib.

 

Türkiyə xalqının həddən artıq emossional olduğuna, hər zaman geridə qalan insana dəstək verməyə can atmasına diqqət çəkən R.Məmmədova, seçkilərin ləğvindən sonra xalqın İmamoğluya məhz o gözlə baxıldığını deyib:

 

“İmamoğluya haqları tapdanmış namizəd kimi baxan xalq onu dəstəklədi. Türkiyə xalqı seçkinin ilkin nəticələrinin ləğvini demokratiyaya qarşı atılan addım kimi qiymətləndirdi”.

 

R.Məmmədova bələdiyyə seçkilərinin məlum nəticəsinin Türkiyənin daxili siyasətinə ciddi təsir etməyəcəyini qeyd edib. Onun sözlərinə görə, Türkiyədə bələdiyyələrin səlahiyyətləri üstün olsa da, siyasət yürüdəck mövqedə deyil:

 

“Türkiyədə bələdiyyənin fəaliyyəti şəhərin, insanların rifahına yönəlir. Böyülk investisiya qoylan dövlətin bir çox layihələri İstanbulla bağldır və təklif olunan layihələrdə CHP, AKP qarşıdurması hər zaman olub. Bu mənada böyük layihələrin həyata keçirilməsində bəzi problemlər yarana bilər. Amma daxili siyasətdə problem yaranacağını düşünmürəm. İmamoğlunun İstambulda özünə xal qazanması, gələcəkdə siyasətdə də irəliləməsinə imkan yarada bilər. Daxili siyasətdə güclü dəyişiklik olacağını düşünmürəm. İmamoğlu siyasətdə qabağa getmək istəyirsə İstanbulu öz işi ilə fəth etməlidir”.

 

R.Məmmədova Azərbaycan müxalifətinin seçkilər və aparılamn müqayisələrlə bağlı şərhlərinə də münasibət bildirib. O, bilditrib ki, seçkilər demokratiyanın ən böyük üsuludur və seçkidən çox şey asılı ola bilər:

 

“Amma bu o demək deyi ki, bu gün Azərbaycanda demokatiya yoxdur, yaxud da Azərbaycanda seçkilər keçirilmir. Bizim seçkilərə fikrimiz və baxışımız Türkiyədən çox-çox fərqlənir. Çünki Türkiyədə seçki siyasəti daha dərindir”.

 

Politoloq Azərbaycanla Türkiyə cəmiyyətlərinin seçkiyə münasibətindəki fərqli nüanslara da toxunub:

 

“Azərbaycandakı müxalifətlə Türkiyənin müxalifəti arasında çox böyük fərq var. Türkiyə müxalifəti hər zaman iqtidarla böyük zidiyyətlərdə bulunan siyasət aparıb. Çünki Türkiyə siyasətində müxalifət tənqidçi rolunu oynayır. Bizdə də müxalifətdə olan partiyalar var, amma YAP-ın gördüyü işlərin qarşısında onların fəaliyyəti çox azdır. Ona görə kimsə seçkilərdə saxtakarlıq edilib, insanların öz səslərini YAP-a vermədiyini deyirsə, bu düzgün deyil. Bilirik ki, dövlət çox işlər görür və ölkəmiz ən sakit, insanların rifahı üçün çalışan dövlətlərdəndir. Bu gün Azərbaycan multikultural dövlətdir və öz siyasətini insanların, öz millətinin  xeyrinə yürüdür. Əlbəttə ki, hakimiyyətdə olanların bütün elədikləri 100 faiz düz ola bilməz. Müxalifət də buna qarşı öz sözünü deməli və hakimiyyətdə olanlar o neqativləti görüb öz siasətində dəyişikliklər etməlidir. Son zamanlar cənab  Prezidet, 1-ci vitse-prezident insanların sosial həyatının yaxşılaşdırılmasına daha çox diqqət ayırmağa başlayıb. Əslində bu dövlətin və hakimiyyətin nailiyyətidir. Müxalifət dövlətə, hakimiyyətə düşmən olmalı deyil. Bunlar millət, dövlət üçün bərabər çalışmalıdırlar. Bir-birinin sözünü eşidərək, normal  seçkilərə getməli, mədəni seçkilər nəticəsində öz yerlərini tutmalıdırlar”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı