Pensiya ümidinə buraxılan filosof - ƏLİSA NİCAT

23:50 25-06-2019 | icon 276 | Cəmiyyət
Pensiya ümidinə buraxılan filosof - ƏLİSA NİCAT

Bu gün AXCP sədri Razi Nurullayev, sədr müavinləri Ehtiram Mehdiyev və Tural İrfan xalqımızın əsl ziyalısı, yazıçı-publisist filosofu, 82 yaşında esseləri hekayələri ABŞ da, Avropada çap olunan, uşaqlığımızın əfsanəvi yazarı, ən əsası isə sadə və səmimi insan Əlisa NİCATın qonağı olub.

 

Versus.Az xəbər verir ki, siyasilər Ə.Nicatla görüşdə çay süfrəsi arxasında söhbətlər edib, müzakirələr aparıb, onun qayğıları ilə maraqlanıblar.

 

T.İrfan görüşlə bağlı təəsüratlarını sosial mediada paylaşıb:

 

"Azərbaycan xalqının canlı və nadir xəzinəsi dəyərsiz, qiymətsiz, qayğı-diqqətdən kənar saxlanılıb. Xalqın düşünən beyni, vuran ürəyi ziyalılarıdır. Ziyalını isə belə hörmətsiz, qiymətsiz etmək xalqı, dövləti, millətin özəyini sarsıtmaq deməkdir. 200 manat pensiyanın ümidinə buraxılan xalqın filosofu, kasıb komasının nimdaş şəriaitində yenə də xalqına xidmət edir, yazır-yaradır və sınmır, əyilmir və necə deyərlər zarımır. Əlisa Nicatın belə bir sözü var, deyir: "Kərə də yeyən yaza çıxır, tərə də yeyən yaza çıxır..."

Əlisa Nicatın indiki həyatı, ona qarşı edilmiş bu haqsızlıq, onun dövlət qayğısından tam məhrum edilməsi, indiki kövrək və miskin şəraiti bir gənc yazar kimi məni də sarsıtdı".

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən 

Tualet kağızı istifadə etmənin zərəri

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

Erməni işğalçıları Şuşa məscidini belə saxtalaşdırdılar - foto