Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

17:37 26-06-2019 | icon 486 | Geopolitika
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

Azərbaycan Silahlı Qüvvələri Günü Gürcüstanın paytaxtı Tbilisidə qeyd olunub.

 

Versus.Az trend-ə istinadən bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin və attaşe aparatının əməkdaşları Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.

 

Onlar müasir Azərbaycan dövlətinin və ordusunun qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, büstü önünə gül dəstələri düzüblər.

 

Bayram tədbirində Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Bülənt Akdeniz, müavinləri – polkovnik-leytenant Əkrəm Karakuş və mayor Aydın Tokuşlu, həmçinin Azərbaycan mediasının bu ölkədəki nümayəndələri də iştirak ediblər.

 

Türkiyəli zabitlər və Azərbaycanın media nümayəndələri bütün türk dünyasının dahi şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən səfir D.Həsənov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Hərbi attaşe aparatının zabitləri parka toplaşan insanlara müstəqil Azərbaycan dövləti və ordusunun inkişafı, Azərbaycanın demokratik, sülhsevər ölkə olması barədə məlumat veriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol