Şıxlinski Cümhuriyyətin müdafiə naziri təynatına belə etiraz etdi - Tarix

19:29 26-06-2019 | icon 156 | Tarix
Şıxlinski Cümhuriyyətin müdafiə naziri təynatına belə etiraz etdi - Tarix

Versus.Az AzEdu.az  - a istinadən 26 iyun Milli Ordu Günü münasibətilə hərbi tədris tarixinə aid yazını təqdim edir:

 

Cümhuriyyətin hərb siyasətindən ən önəmli iki fiqurdan biri olan Əliağa Şıxlinski ilə bağlı maraqlı faktı qeyd edəcəyik.

 

Fakta keçməzdən qabaq, Şıxlinskinin xatirələrindən bir detala diqqət edək: 

“Azərbaycanın müstəqil respublika elan edilməsi mənə may ayının 27-də (1918-ci ildə) qəzetlərdən aydın oldu. Mən mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini artıq hazırlamışdım; layihənin arxasında izahedici qeyd olan müfəssəl sxem əlavə edilmişdir”.

Vəziyyətlə əlaqədar Əliağa Şıxlinski layihəsində təklif edir ki, vaxtilə türk zabitlərinin köməyi ilə yaradılan hərbi korpus ləğv edilsin. Çünki müharibə şəraitində yaşayan dövlət üçün bu azlıq təşkil edir. Əvəzində diviziyalar təşkil edilsin. Onlar da hərb nazirinə və onun köməkçisinə tabe olunsun.

 Şıxlinski layihədə incə bir mətləbə də toxunmuşdu. Hərb tarixçisi Şəmistan Nəzirlinin araşdırmasında həmin incə mətləb birbaşa müdafiə naziri (o vaxt Hərbiyyə Nazirliyi adlanırdı) ilə bağlı idi.

 Xatırladaq ki, mayda ilk müstəqil Azərbaycan hökuməti yarananda hərb naziri doktor Xosrov bəy Sultanov təyin edildi. O da mülki şəxs idi. Xosrov bəy türk zabitlərinin köməyi ilə ordunun təşkilində bəzi təxirəsalınmaz işlər görsə də, bu, ölkədəki ağır vəziyyəti yüngilləşdirmədi. Azərbaycanın həm daxilindəki, həm də qonşuluğundakı amansız düşmənə qarşı güclü ordu yaratmaq vacib idi. Təhlükə o qədər artmışdı ki, ölkənin qərb rayonlarında hərbi vəziyyət elan olunmuşdu. Belə şəraitdə mülki şəxsin hərb naziri olmasını peşəkar hərbçi olan Əliağa Şıxlinski məsləhət bilmirdi. 

Şəmistan Nəzirlinin araşdırmasında oxuyuruq:

“Şıxlinski ona görə də haqlı olaraq yazırdı ki, hərb naziri - əgər o mülki şəxsdirsə - onda o özünün yanında səlahiyyətli şəxslərin çox kiçik sayından hərbi şura yaratmaq və qoşunların təlim və tərbiyəsinə bilavasitə nəzarət etmək üçün köməkçi təyin etməlidir. Mətndən o da məlum olur ki, general Əliağa Şıxlinski layihəni artıq ikinci, bəlkə də üçüncü dəfə hökumətin ünvanına göndərib”.

 Şıxlinski də öz xatirələrində bu məsələ ilə bağlı etirazını gizlətməyib. 

“Hökümət Gəncə şəhərinə köçən kimi (iyun ayının əvvəlində) mənim layihəm hərb nazirliyi müəssisələrinin müfəssəl sxemi şəklində Nazirlər Sovetinin sədrinə təqdim edilib. Ehtimal edilirdi ki, hökümətə tam məlumatı, yəqin ki, Nazirlər Sovetinin müvafiq iclasına dəvət ediləcək korpus komandiri şəxsən özü təqdim edəcək. Lakin mən heç bir yerə dəvət edilməmişəm və layihə haqqında heç bir xəbərdarlıq almamışam. Güman edirəm ki, layihə heç müzakirə edilməyib.  Çünki Bakı quberniyasının bolşeviklərdən təmizlənməsi və bunun üçün lazım olan xarici kömək ilə əlaqədar olaraq yaranan xüsusi şəraitə görə hökümət hərb naziri təyin etməkdən imtina edib”.

Nəhayət, hökümətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. Dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski hərb nazirin müavini təyin edildi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

713-ün Laçında düzənlədiyi parad

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi