Şəfiqə Məmmədova Musiqili Teatrda komissiya rəhbəri oldu

19:39 26-06-2019 | icon 142 | İncəsənət
Şəfiqə Məmmədova Musiqili Teatrda komissiya rəhbəri oldu

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqınin sədri, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Dövlət Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək.

 

Versus.Az xəbər verir ki, bunu Musiqili Teatrın direktoru Əliqismət Lalayev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, builki müsabiqə komissiyasına Ş.Məmmədovanın rəhbərlik etməsi Teatr üçün də yeni prespektivlər açır:

“Teatrımız hər il kollektivimizə işçi qəbulu üçün müsabiqə elan edir, istedadlı gənclərin üzə çıxarılmasına və işə qəbulu ilə bağlı onlara şərait yaradır. Ötən ay elan etdiyimiz müsabiqədə onlarla gənc sənəd verib. Sevindirici haldır ki, iddiaçılar arasında təcrübəli aktyorlar, hətta əməkdar artistlər də vardır. Biz gələn ay növbəti seçim turuna başlayacağıq ki, sentyabr ayında – 110-cu mövsümündə teatrımızı gənc kadrlarla təmin edə bilək.

Ümumiyyətlə, teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması teatra yeni nəfəs gətirir, maraqlı tamaşaların ərsəyə gəlməsinə imkan yaradır.

Akademik Musiqili Teatrla sıx əlaqəsi olan teatr və kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artistimiz, Dövlət Mükafatları Laureatı, böyük aktrisamız Şəfiqə Məmmədova həmişə bizim fəaliyyətimizlə yaxından maraqlanır, məşq proseslərini və tamaşalarımızı izləyir. Şadıq ki, o, xahişimizi böyük məmnuniyyətlə qəbul etdi. Ümid edirəm ki, Şəfiqə xanımın rəhbərliyi ilə keçiriləcək bu müsabiqənin nəticələri daha da uğurlu olacaq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

"4-5 müxalifət sədrinin iştirakı iqtidar-müxalifət dialoqundan xəbər vermir" - /VİDEO/

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

"İqtidarla əlaqəsi olan partiyanın böyük qərargahı olar"