Əbülfəs Qarayev gənc liderlərlə görüşüb

19:54 26-06-2019 | icon 425 | Mədəniyyət
Əbülfəs Qarayev gənc liderlərlə görüşüb

"Gənc liderlər məktəbi"nin üzvləri Mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.

 

Versus.Az  xəbər verir ki, Milli Kitabxanada keçirilən görüşdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və nazir Əbülfəs Qarayevə gənclərlə görüş təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirib.

İlk görüş "Heydər Əliyev və mədəniyyət" mövzusuna həsr edilib.

Sonra Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı fikirlərini bölüşüb. Nazir qeyd edib ki, 25 il əvvəl ulu öndər onu yanına çağıraraq gənclər və idman naziri təyin edəcəyini bildirəndə gənc kadra göstərilən bu yüksək etimad həm özünü, həm də bir çoxlarını təəccübləndirmişdi.

Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söz açan nazir vurğulayıb ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan ulu öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, ölkə həyatının siyasi, iqtisadi, digər sahələrində gənclərin fəal iştirakını təmin edirdi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi