"Azərbaycan Ordusu torpaqlarımızı azad etməyə tam hazırdır"

21:21 26-06-2019 | icon 462 | Qarabağ
"Azərbaycan Ordusu torpaqlarımızı azad etməyə tam hazırdır"

Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) dövründə - 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılıb. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan torpaqlarımızı azad etdi. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. O dövrdə də Rus imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi: Azərbaycanlıların hərb elminə dərindən yiyələnməsi, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına mümkün qədər imkan verməmək.

Versus.az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili Rauf Əliyev deyib.

Millət vəkilinin sözlərinə görə, sovet hakimiyyətinin bu siyasətinin mahiyyətini dərindən başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ilin iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi:

"Uzaqgörən dövlət başçısı o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olmuşdu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən idi. Ordu quruculuğuna isə 1993-cü ildə Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə yenidən həkimiyyətə qayıtdıqdan sonra başlanıldı. Bu dövrdən etibarən ölkədəki bütün silahlı birləşmələr dövlətin tam nəzarətinə keçdi. Qısa zaman ərzində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi və təşəbbüs Azərbaycan Ordusunun tərəfinə keçdi. Azərbaycan Ordusunun Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki uğurlu əməliyyatlarını görən və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinə şahid olan düşmən cəbhədə atəşkəs rejminin tətbiq olunmasına razılıq verməyə məcbur oldu".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...