Azərbaycan və Ermənistan hərbi güc analizi

22:13 26-06-2019 | icon 779 | Qarabağ
 
 
  Azərbaycan və Ermənistan hərbi güc analizi

Azərbaycan və Ermənistan hərbi güc analizi Azərbaycan xalqı həmişə sülhün, əmin-amanlığın qədir-qiymətini bilib, qonşuları ilə mehriban, isti münasibətlərə üstünlük verib.

Biz davakar olmamışıq, döyüşkən olmuşuq. Hücüm etməmişik, ancaq müdafiəni də unutmamışıq. Lakin son dərəcə əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları olan bu məmləkətin qapısından düşmən əskik olmayıb.

Ona görə də bir əlimizdə duz-çörək olubsa, o biri ilə isə sivri qılıncın qəbzəsindən yapışmışıq. Bu gün rejim adlandırdığımız 70 illik sovet üsul-idarəsinin müsbət sayıla biləcək mirası içərisində Vətənə intəhasız məhəbbət, beynəlmiləl tərbiyə, vətənpərvərlik, əsgəri borc kimi məziyyətləri xüsusilə fərqləndirmək olardı. İkinci Dünya müharibəsi Azərbaycan əsgərinin misilsiz şücaət və solmaz rəşadətinə şahid oldu. Azərbaycan əsgərinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an geriyə atmaq üçün qisas hissi ilə alışıb yanması işğalçı Ermənistanı getdikcə daha çox qorxudur.

Ermənilər artıq yaxşı bilirlər ki, bu gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün başqa sahələrdə fərq çox böyükdür. Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf etdiyi halda Ermənistanda bunun tam əksi müşahidə olunur. Başqa sözlə, Azərbaycan öz ordusunu durmadan gücləndirdiyi halda, Ermənistanda bu proses tamamilə əks istiqamətdə cərəyan etməkdədir. Bu səbəbdən Ermənistanda işğal edilmiş Azərbaycan ərazilərini müharibə olmadan azad etməyin zəruriliyini bəyan edənlərin sayı artmaqdadır. Əks halda, istər Dağlıq Qarabağ, istərsə də onun ətrafında yerləşən və işğal altında saxlanan ərazilərdə cəmləşmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusu tərəfindən qısa zaman ərzində qovulub çıxarılacağı həm dünyaya, həm də ermənilərə yaxşı məlum olan reallıqdır./CNL TV/

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...