“Danışan kitab” təqdim olundu 

01:47 29-06-2019 | icon 392 | Cəmiyyət
“Danışan kitab” təqdim olundu 

Görmə imkanları məhdud uşaqlar üçün üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırlanan layihə sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə sistemi və səmərəli reabilitasiya tədbirləri ilə əhatə olunmasına yönəlib.

 

 

Versus.Az xəbər verir ki, layihə çərçivəsində əsərlərin tanınmış aktyorlar tərəfindən səsləndirilməsi yolu ilə görmə imkanları məhdud uşaqların hər hansı haqq ödəmədən müasir avadanlıqlardan istifadə edərək, bədii və elmi ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə şərait yaradılıb. Bu da onların cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının dəstəklənməsinə xidmət edir.

 

Sayt həmin uşaqların informasiya əldə etmək imkanlarını asanlaşdırır, onlara müxtəlif əsərləri kompüter və telefon vasitəsilə rahat şəkildə dinləməyə imkan yaradır.

 

“Ailə” sosial araşdırmalar ictimai birliyinin icraçı direktoru Elxan Mərdanlı isə layihənin daha da inkişaf etdirilməsi üçün ölkəmizdəki mobil operatorları da əməkdaşlığa dəvət edib:

“Layihənin məqsədi görmə imkanları məhdud şəxslərin müasir texnologiyaların imkanlarından istifadə edərək, bədii əsərləri asanlıqla dinləyib, məlumat əldə etmələridir ki, bu da onların dünyagörüşünün artmasına, cəmiyyətə inteqrasiyasına töhfə verməkdir.

Azərbaycanda ilk dəfə olaraq səsli və toxunaraq idarə olunan, pulsuz istifadə edilən mobil tətbiq hazırladıq ki, görmə imkanları məhdud insanlar heç kimin köməyi olmadan bundan rahat şəkildə istifadə edə bilsinlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı