ATƏT-in fəaliyyətdə olan sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb

02:20 29-06-2019 | icon 532 | Geopolitika
ATƏT-in fəaliyyətdə olan sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri naziri Miroslav Layçak Minsk qrupunun həmçinin Fransadan olan həmsədr Stefan Viskonti və fəaliyyətdə olan sədri şəxsi nümayəndəsi Anjey Kasprşikin adından çıxış edən həmsədrləri İqor Popov (Rusiya) və Endoyu Şofer (ABŞ) ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, sədr Layçak həmsədrlərin sonuncu məsləhətləşmələrinin, o cümlədən Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında həmsədrlərin vasitəçiliyi ilə aprelin 15-də Moskvada və iyunun 20-də isə Vaşinqtonda baş tutan görüşlərinin nəticələri barədə məlumatlandırılıb.

 

Həmsədrlər slovakiyalı sədrə humanitar məsələlər üzrə irəliləyişlər, o cümlədən günün əvvəlində Ermənistan və Azərbaycan arasında girovlarınərin mübadiləsi barədə məlumat veriblər.

 

Layçak öz növbəsində Minsk prosesini və həmsədrlərin işini, həmçinin tərəflərin gərginliyin azaldılması və sülh və danışıqlarda əhəmiyyətli irəliləyişə təkan verən mühitin yaradılması istiqamətində göstərdikləri səyləri tam dəstəklədiyini bildirib.

 

Girovların mübadilə edilməsini şərh edən fəaliyyətdə olan sədr deyib:

"Biz bu humanitar jesti alqışlayırıq. Bu, dialoqun münaqişədən əziyyət çəkən insanlara necə müsbət təsir edə biləcəyini göstərir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı