G20-lərin sammiti dünyaya nə vəd edir?

02:30 29-06-2019 | icon 510 | Geopolitika
G20-lərin sammiti dünyaya nə vəd edir?

Yaponiyanın Osaka şəhərində keçirilən G20 ölkələrinin sammiti dünya ölkələrinə heç nə vəd etmir. Bu sammit həmin 20 ölkənin dövlət başçılarına imkan verəcək ki, öz xalqlarına desinlər, biz dünyanın ən qüdrətli ölkəsindən və 20 ən güclü dövlət başçısından biriyik. İkincisi, bir-biri ilə görüşüb müəyyən məsələləri öz aralarında aydınlaşdırmağa çalışacaqlar.

 

Versus.Az "teleqraf"-a istinadən xəbər verir ki, bunu açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

O bildirib ki, G20 sammitində heç bir qərar qəbul olunmur:
“Bu, məşvərətçi bir orqandır. Bəzi məsələləri dəqiqləşdirirlər, bəzi məsələləri uyğunlaşdırırlar, amma heç bir ciddi fikir ayrılığı və ciddi mübahisə doğuran məsələlərin həlli G20 çərçivəsində aradan qaldırılmır. Bu mümkün deyil. Ümumiyyətlə, G20 platformasının mənasını başa düşmək lazımdır. BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası öz səmərəsini itirmiş qurumlardır. Amma buna baxmayaraq onların qalmasına zərurət duyurlar. G20 də BMT Təhlükəsizlik Şurası ilə Baş Assambleyası arasında keçid qurumu kimi qeyri-rəsmi şəkildə yaradılıb. Öz funksiyasını məşvərət klubu kimi həyata keçirir”.

Fikirlərini daha da inkişaf etdirən Z.Əlizadə deyib:


“Təhlükəsizlik Şurasının 5 daimi, 15 qeyri-daimi üzvü var. 15 qeyri-daimi üzv BMT-nin 193 ölkəsindən 187-i arasından seçilir. Onların arasında bəzən siyasi vəzni böyük olmayan dövlətlər də seçilir. Yəni, TŞ-nin veto hüququ olan 5 daimi üzvü əsas idarəedicilərdir. Lakin TŞ-nin daimi üzvü olmayan bəzi böyük dövlətlər var ki, onların başçılarının qərarları dünyadakı vəziyyətin gedişatına təsir göstərə bilir. Bu məqsədlə də G20 yaradılıb. İqtisadi və siyasi vəzni ağır olan 20 ən böyük dövlətin başçısı ora daxil edilib. Fərz edin, Səudiyyə Ərəbistanını neft gəlirinə görə G20-yə daxil ediblər. Yaxud, Misir iqtisadi cəhətdən zəifdir. Amma əhalisinin sayına görə ən böyük ərəb ölkəsi olduğu üçün onu da G20-yə daxil ediblər. Həmçinin, məsələn, Hindistan TŞ-nin daimi üzvü deyil. Amma əhalisinin sayı 1,4 milyard nəfər olan ölkənin dövlət başçısının rəyi dünyadakı hadisələrin gedişi zamanı nəzərə alınır. Ona görə də bu G20 formatı yaradılıb”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür