"Oyunlarımızı daha da yaxşılaşdırmağa səy göstərəcəyik" - 

07:45 29-06-2019 | icon 388 | İdman
"Oyunlarımızı daha da yaxşılaşdırmağa səy göstərəcəyik" - 

"Növbəti yoldaşlıq görüşümüzü keçirdik. Toplanışdakı üçüncü oyunumuzda rəqibimiz Rumıniya komandası idi. UEFA Avropa Liqasında da rəqibimiz Rumıniya təmsilçisi olduğuna görə, bizim üçün bu komanda ilə oynamaq böyük əhəmiyyət kəsb edirdi. Rəqibimiz mübariz, təcrübəli bir komanda idi. Hətta heyətlərində bizim çempionatdakı "Zirə"dən Gabriel Matei və "Neftçi"dən Derlis Meza Kollini də görə bilərik. Düşünürəm ki, maraqlı oyun alındı".

 

Versus.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində "Klinçeni" (Rumıniya) klubu ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

 

Klubun rəsmi saytına danışan 37 yaşlı mütəxəssis bildirib ki, hələ futbolçuları tam hazır deyil: "Lakin çalışırıq ki, hər bir futbolçuya fərdi yanaşaq. Onların fiziki durumunu balanslaşdırmaq üçün müəyyən dəqiqələrə bölmüşük. Yeni futbolçularımızdan Mirabdulla və Eriko bu oyunda heyətdə yer almışdılar. Bundan sonra çalışacağıq ki, komandanı iyulun 11-də keçirəcəyimiz oyuna formalaşdıraq. Bu oyunda ən çox xoşuma gələn məqam o oldu ki, əvvəlki oyunlarla müqayisədə futbolçular daha intizamlı və diqqətli oynadılar. Bundan sonra oyunlarımızı daha da yaxşılaşdırmağa səy göstərəcəyik".

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür