Vitse-prezident: BHGE Azərbaycandakı layihələrdə aparıcı şirkətlərlə işləyir

08:29 29-06-2019 | icon 453 | İqtisadiyyat
Vitse-prezident: BHGE Azərbaycandakı layihələrdə aparıcı şirkətlərlə işləyir

"BakerHughes, a GE company " (BHGE) şirkəti 2017-ci ilin iyulunda "GE Oil & Gas" və "Baker Hughes" şirkətlərinin birləşməsi nəticəsində yaranıb.

 

Versus.Az trend-ə istinadla bildirir ki, bunu şirkətin Rusiya və Xəzər regionu üzrə neft-mədən xidmətləri vitse-prezidenti Tommi Kassem deyib.

 

O bildirib ki, şirkət fəaliyyəti neft-qaz kompleksinin bütün seqmentlərini - hasilat və kəşfiyyat, nəqliyyat, neft emalı və neft-kimya sahələrini əhatə edən ilk və yeganə şirkətdir.

 

Vitse-prezident şirkətin Azərbaycandakı fəaliyyəti barədə danışaraq ölkədə 1990-cı illərin əvvəllərindən işlədiyini deyib:

"Biz "Şahdəniz", "Azəri-Çıraq-Günəşli", "Abşeron" və TANAP da daxil olmaqla Xəzər şelfində və quruda bir sıra çətin layihələrdə geoloji kəşfiyyat, qazma, hasilat, nəqliyyat, karbohidrogenlərin mayeləşdirilməsi, sıxılması, emalı və saxlanması üçün neft-qaz avadanlıqlarının və xidmətlərinin tədarükçüsüyük. BHGE SOCAR, BP, "Total", "Equinor" və "Caspian Drilling Company"nin etibarlı tərəfdaşıdır. Bu gün BHGE-nin Azərbaycandakı əməkdaşlarının sayı 300 nəfərdən artıqdır, onların 90 faizdən çoxu isə yerli kadrlardır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI