Rusiya səfirliyinin nümayəndəsi Azərbaycan XİN-ə çağırıldı

09:12 29-06-2019 | icon 538 | Geopolitika
Rusiya səfirliyinin nümayəndəsi Azərbaycan XİN-ə çağırıldı

Ekspertlər deyirlər ki...

Ermənistan hakimiyyəti ilə Qarabağ klanı arasındakı gərginlik davam edir. Bəzi müşahidəçilər hesab edir ki, Paşinyan hökuməti diqqəti daxildəki narazılıqlardan yayındırmaq üçün növbəti ssenarini qurub. Son məlumata görə, Ermənistanın bölgə administrasiyalarındakı mümkün ştat ixtisarı ucbatından əməkdaşlar arasında narazılıq artıb.

 

Bu məlumatı “Past” qəzeti yayıb (Axar.az). Məlumata görə, artıq administrasiyaların əməkdaşlarına bununla bağlı xəbərdarlıq edilib. Qəzet ixtisarların administrasiyalardakı ən təcrübəli işçilərə də aid ediləcəyini yazıb. Bu isə məmurlar arasında kəskin narazılıq formalaşdırıb. Paşinyan Qarabağ klanının hakimiyyət daxilindəki qalıqlarını təmizləməkdə israrlıdır. Lakin bu da var ki, Robert Köçəryanın son on ayda üçüncü dəfə həbs edilməsi həm də Rusiyaya dirənişin elementi kimi yozulur. Bəzi müşahidəçilər “Putinin dostu”nun gözümçıxdıya salınmasının arxasında başqa niyyətlərin olduğunu güman edirlər. Hesab olunur ki, Paşinyan payızda Ermənistana səfəri gözlənilən Putini hansısa güzəştlərə sövq etməkdən ötrü Köçəryanı o vaxtadək həbsdə saxlamağa çalışacaq. Hətta həbsdə olduğu zaman R.Köçəryana təbrik yollayan Putinin budəfəki sükutu isə müəmmalıdır. 

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Versus.Az “Yeni Müsavat”a istinadla bildirir ki, Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bildirib ki, Köçəryanın “Putinin dostu” adlandırılması doğru deyil: “Köçəryan Rusiya imperiyasının maraqlarını həm Dağlıq Qarabağda, həm də Ermənistanda təmin edən fiqur olub və missiyasını başa çatdırıb, bu sədaqətinə görə əbədi toxunulmaz qalacağı anlamına gəlməz. Köçəryandan sonra gələn separatçı liderlər - Qukasyan və Saakyanın müraciətlərinin lazımsız kağız parçası kimi bir tərəfə atılması da göstərdi ki, Rusiya heç kimi axıra qədər müdafiə etmir. Necə deyərlər, ”Moskva göz yaşlarına inanmır". Mən dəfələrlə qeyd etmişəm ki, Rusiya ola bilsin, ilk zamanlarda Paşinyanı istəmirdi. Amma hadisələrin gedişində onunla işləmək Putinə daha maraqlı gəldi və indi Rusiya üçün İrəvanın sükanının kimin əlində olmasının heç fərqi yoxdur. Rusiya üçün də törədilən bir çox cinayətlərin bir suçlusu nəhayət ki, olmalıdır".

Q.Çaxmaqlı Moskvadan eks-prezidentə verilən dəstəyi də maraqlı arqumentlərlə əsaslandırdı: “Köçəryanı indiyəcən ona görə müdafiə edirdilər ki, 1999-cu ilin 27 oktyabr parlament gülləbaranı barədə onun dilindən ”quş" buraxılmasından ehtiyat edirdilər. Köçəryan bu işdə Rusiyanın barmağının olduğunu sədaqətlə gizlədə bilmişdi. 1 mart 2008-ə görə isə canı çıxsın, cavab versin. O, bu cinayətdə Rusiyanın birbaşa tapşırığı olduğunu desə, kimsə inanmaz. Həm də son ittihamlara korrupsiya və rüşvətxorluq maddələri də əlavə olunub. İkinci tərəfdən, artıq Rusiya “dişinə vurduğu” Paşinyanın hakimiyyətini möhkəmləndirməlidir. Nəyin hesabına? Ona belə kiçik də olsa, qələbələr verilməlidir. Gərginliyin olması isə Rusiyanın ürəyincədir. Onun daha uzun davam etməsi və hətta Dağlıq Qarabağ - Ermənistan qarşıdurması fikrini təlqin edib Azərbaycanın da başını bir müddət qatmaq vasitəsidir. Rusiyaya bu bölgədə sülh deyil, münaqişə lazımdır. O da artıq 30 ilə yaxındır davam edir".

Belə bir durumun Qarabağ məsələsinin həllinə nə vəd etdiyinə gəldikdə, Q.Çaxmaqlı qeyd etdi ki, danışıqlardan heç bir yeni durum gözlənilmir: “Köçəryanın ”Paşinyan Qarabağ yükündən azad olmaq istəyir" fikri də ironiya ilə deyilmiş ifadədir. Ermənistan Qarabağdan vaz keçməz və bunu etmək cəhdi də yoxdur".

Bu arada rusiyalı diplomatın davranışı Azərbaycanda narazılıqla qarşılanıb. Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Rusiyanın Ermənistandakı səfirinin  üzdəniraq “Ermənistan-Qarabağ strateji ittifaqı” forumunun təşkilat komitəsinin nümayəndələri ilə görüşləri barədə məlumata aydınlıq gətirilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat yayıb.

Xatırladaq ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, iyunun 26-da üzdəniraq “Ermənistan-Qarabağ strateji İttifaqı” forumunun təşkilat komitəsinin nümayəndələri Armen Rustamyan, David Şahnazaryan və Geqam Nazaryan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşərək səfirlə Qarabağ məsələsi haqda geniş söhbət aparıb, ona mayın 7-də işğal altındakı Xankəndində keçirilmiş təxribatçı forumun yekun qətnaməsini təqdim ediblər.

Müəmmalı vəziyyət yaranıb, Rusiya həm Qərbin oyuncağı olan Paşinyan hakimiyyətindən narazıdır, həm də özünün yaxın qonşusu və müttəfiqini - Azərbaycanı narazı salan davranışlar sərgiləyir. 

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev bildirib ki, Rusiyanın Paşinyana münasibətinin pis olması heç də Ermənistanla münasibətin pis olması demək deyil: “Məsələyə bu prizmadan yanaşmaq lazımdır. Rusiya və Ermənistan hərbi müttəfiqdirlər və bunu gizlətmirlər. Demək olar ki, Paşinyan hər bir atdığı siyasi addımı Rusiya ilə razılaşdırır və hətta təlimatlar alır. Sanki baş verənlər Rusiyanın ssenarisi əsasında həyata keçirilir. Bu, Köçəryanın həbsindən tutmuş, Xaçaturovun vəzifədən çıxarılmasına qədər bütün məsələlərdə özünü  göstərir. Dağlıq Qarabağ separatçıları ilə guya ki, dərinləşən qarşıdurmanı da bura əlavə etsək, görərik ki, hər yerdə Rusiyanın dəsti-xətti var”.

A.Nağıyevin fikrincə, xarici siyasəti dönməz dövlətlər var ki, bunlardan biri də Rusiyadır: “Hakimiyyətdə istər Paşinyan olsun, istər Sərkisyan, əsas məsələ Ermənistanla anlaşmaqdır. Məsələyə bu prizmadan yanaşmaq lazımdır. Rusiya və Ermənistan hərbi müttəfiqdirlər və bunu gizlətmirlər. Hətta Putinlə dostluq əlaqəsi olduğu deyilən Köçəryan artıq cinayət məcəlləsinin ən ağır iki maddəsi ilə həbsdədir. Yəni Rusiya istədiyi vaxt kimi istəsə, öz məqsədi naminə "xərcləyə" bilər”.

Qarabağda hərbi əməliyyatlara başladığımız halda, Rusiya Ermənistanı himayə edə bilərmi? Politoloq: “İnandırıcı deyil ki, hərbi əməliyyatlarda Rusiya ilə qarşıdurma olsun. Rusiya çalışır ki, hərbi əməliyyatlar olmasın, çünki bu ondan da yan keçməyəcək. Ən azından 102-ci baza və onun ermənilərə, hətta separatçılara verdiyi silahlar var. Bu da üzə çıxsa, Rusiyanın onsuz da tənəzzülə uğrayan nüfuzu bir az da azala bilər. Ən maraqlısı da odur ki, Rusiya ATƏT-in Minsk Qrupunun üzvü və mühüm fiqur, özü də açar fiqur olduğu halda, belə addımlar atır. Danışıqlara rəhbərlik edən şəxs daima ermənilərin müdafiəçisi olub və deklorativ bəyanatlarla bütün danışıqları, neçə deyərlər, yola verib. Buna görə də format dəyişməlidir. Yəni Rusiya Xarici İşlər Nazirliyi münaqişənin həllində maraqlı olmalı və ikili mövqedən çıxış etməməlidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur