Moskvadan Paşinyana həbs hədəsi gəldi-təhlil

09:29 29-06-2019 | icon 22 | Geopolitika
Moskvadan Paşinyana həbs hədəsi gəldi-təhlil

İrəvan Moskva ilə yanaşı, Tiflisə də “əlcək” tulladı - Cavaxetiya “kartı” yenidən ortaya atıldı; Gürcüstanın mərkəzi hakimiyyəti iki işğalçının təhdidləri ilə üz-üzə...

Azərbaycanın da yerləşdiyi region və onun ətrafında maraqlı və yetərincə həssas proseslər gedir. Bu proseslərin episentri indilikdə Gürcüstandır. Orada hakimiyyətə qarşı etirazlar hələ ki öz məntiqi sonluğuna çatmayıb. Ancaq bir şey aydındır ki, məlum hadisələrdən sonra Gürcüstan-Rusiya münasibətləri daha da pisləşib.

Diqqətçəkəndir ki, hazırda Rusiyanın satellit Ermənistanla müttəfiqliyi də sonuncunun hərəkətləri üzündən rəvan dövrünü yaşamır. Baş nazir Nikol Paşinyan vaxtaşırı V.Putinin “ayağını” tapdayır, bu fonda özünü Qərb üçün əlverişli qiymətə “bazarlığa” çıxarmağa çalışır. Ötən ay BMT Baş Məclisində Gürcüstanla bağlı qətnamənin səsverməsi zamanı erməni təmsilçinin son 11 ildə ilk dəfə Rusiyanın əleyhinə mövqe sərgiləməsi, bir neçə gün öncə isə AŞ PA-da Ermənistan deputatlarının Rusiyanın xeyrinə olan sənədin əleyhinə səs verməsi buna bariz sübutdur.

Baş verənlər fonunda, üstəlik, İrəvanda sabiq prezident, Putinin şəxsi dostu, Xocalı hərbi canisi Robert Köçəryan Paşinyanın təkidi ilə yenidən zindana salınıb. Siyasi müşahidəçilərə görə, bütün bunlar Moskvada izsiz ötüşməyəcək və cavabı bir qədər gec də olsa, mütləq veriləcək.

*****

Putinlə Köçəryan ile ilgili görsel sonucu

“Putinlə Köçəryan arasında şəxsi, isti münasibətlər var. Köçəryanın təzədən həbsi İrəvanın Moskva ilə hazırkı münasibətlərinə neqativ təsir edəcək”.

 

Versus.Az “Yeni Müsavat”ın məlumatına istinadən xəbər verir ki, bu sözləri 1 in.am-a açıqlamasında ermənipərəst rusiyalı politoloq Stanislav Tarasov olayı şərh edərkən deyib.

Onun  sözlərinə görə, Nikol Paşinyan problemli siyasət yürüdür: “Ermənistanın inqilabçı hakimiyyəti qabağa baxmaq əvəzinə, nədənsə daim geri boylanır. Köçəryanı türməyə salmaqla ölkənin vəziyyəti yaxşılaşmayacaq. Nəzərə almaq lazımdır ki, Köçəryan Qarabağın birinci ”prezidenti" (dırnaqlar bizimdir - “YM”), Ermənistanın isə ikinci prezidentidir. Bunun sonu nə olacaq? Belə çıxır, nə vaxtsa başqa hakimiyyətlər də vəziyyəti Paşinyana qarşı ittihamlar səviyyəsinə gətirəcəklər? Bu, çox pis presedentdir. Moskvada İrəvana qarşı şəksiz ki, neqativ münasibət formalaşır".

Rusiyalı politoloq qeyd edib ki, Moskvada gözləntilər olub ki, Ermənistanın yeni rəhbərliyi ölkəni sivil və demokratik edəcək. “Ermənistan konstitusiyasına görə, prezident toxunulmazdır. Hər yerdə bu qaydanı gözləyirlər. Bu, pis presedentdir və Ermənistan ondan qazanmayacaq. Ola bilsin, Moskvadan rəsmi mövqe bildirilsin, amma istənilən halda, bu münasibətlərə neqativ təsir göstərəcək”, - deyə o, əlavə edib.

*****

kreml ile ilgili görsel sonucu

Putinin Köçəryanla dostluğu şübhəsiz ki, boş yerdən yaranmayıb. Moskva erməni eks-prezidentə ilk növbədə Qarabağ klanının ən odioz siması, separatçı rejimə mühüm təsir rıçaqı olan vasitə kimi baxır. Təbii ki, Köçəryanın içəridə olması Kremlə “Qarabağ kartı” vasitəsilə manevr eləmək və Paşinyana təzyiq göstərmək şansını azaldır. Eyni zamanda Paşinyan üçün separatçı bölgədə özünə loyal “hökumət” qurmaq fürsəti yaradır. Köçəryanın təzədən həbsinə Moskvanın qəzəbli reaksiyasının kökündə ilk növbədə bu durur.

Bu arada Ermənistan, deyəsən Tiflisdəki qarışıqlığı fürsət bilib Gürcüstana qarşı da köhnə silahını işə salmağa çalışır. Söhbət Cavaxetiya separatçılarını altdan-altdan şirnikləndirməkdən gedir. Bu da növbəti fakt.

Erməni qaynaqlarına istinadən verilən məlumata görə, Cavaxetiyadakı erməni millətçiləri ölkədə növbədənkənar parlament seçkilərinin proporsional qaydada (partiya siyahısı üzrə) keçirilməsinin əleyhinə çıxış ediblər. Gürcüstan parlamentinin erməni deputatı Genzel Mkoyan səbəbi belə izah edib: “Hakim partiya növbəti seçkilərin proporsional qaydada keçəcəyini açıqlayıb. Bu, bizim region üçün məqbul deyil. Ona görə ki, majoritar deputat bizim milli azlığın lideri - mərkəzi hakimiyyətdə öz xalqının nümayəndəsi idi. Bizim xalq proporsional sistemi istəmir. O özünün problemlərini mərkəzi hökumətə çatdırmaq üçün öz liderini istəyir”.

Paşinyan ile ilgili görsel sonucu

Sadə dilə çevirsək, Mkoyanın sözlərindən belə anlaşılır ki, Cavaxetiya məhz öz “regional avtoriteti”nin parlamentdə təmsil olunmasını istəyir, proporsional seçki isə bu imkanı əldən ala, bölgədə ermənilərin, İrəvanın separatçı planlara zərbə vura bilər - hansı bölgə ki, vaxtaşırı mərkəzi hakimiyyətin mövqeyini nəzərə almadan özbaşına, birtərəfli addımlar atır. Bu ilin yanvarında Qarabağ döyüşlərində iştirak eləmiş erməni canisi Mixail Avakyana büstün qoyulmasını yada salmaq olar.

Rəsmi Tiflisin etirazına rəğmən, həmin büst hələ də öz yerindədir və şübhə yox ki, ilk növbədə Azərbaycanla Gürcüstanın arasını vurmağa hesablanıb. Görək, Gürcüstan hökuməti bu dəfə öz iradəsini Cavaxetiya bölgəsində yeridə biləcəkmi? Başqa sözlə, Tiflis İrəvanın atdığı “əlcəyi” götürəcəkmi? Nəhayət, iki işğalçının - Rusiya və Ermənistanın təhdidlərini necə dəf edəcək?.. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Azərbaycana sızan Rusiya “sevgisi”

Kəsik qolların harayı və "Amerika idealizmi"

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Flora Kərimova sidik içir

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü