Proporsional seçkini müxalifət üçün cəlbedici edən nədir?

09:45 29-06-2019 | icon 1041 | Siyasət
Proporsional seçkini müxalifət üçün cəlbedici edən nədir?

Gürcüstan parlamentinin 20 müxalifət partiyasının proporsional seçki sisteminə keçid tələbi ilə bağlı istəyini yerinə yetirməsi və 2020-ci ildən parlament seçkilərinin tamamilə proporsional sistem üzrə keçirilməsi qərarını qəbul etməsi Azərbaycan müxalifətini də ölkədə proporsional seçki sisteminin bərpa olunması məsələsini qaldırmasına həvəsləndirib. 

Bəs proporsional seçki sisteminin majoritar sistemdən üstünlüyü nədədir ki, müxalifət onun bərpasını istəyir?

 

Versus.Az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, proporsional seçki sistemi çoxpartiyalı dövlət sistemini stimullaşdıran əsas şərtlərdən biridir:

“Bu seçki sistemi ilə parlamentə seçilən şəxslər bir siyasi komanda kimi dövlət quruculuğunda fəal iştirak edirlər. Komandanın hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq, ölkədə islahatların bilavasitə həyata keçirilməsi və ya həyata keçirilməsi təklifləri ilə çıxış etməsi üçün imkanlar əldə olunur. Eyni zamanda siyasi partiyalara cəmiyyətdə ehtiyac daha da artır. Demokratik cəmiyyət quruculuğuna yeni başlayan postsosialist ölkələrində proporsional seçki sistemi tətbiq olunur. Beynəlxalq birliyin də bu sistemi tələb etməsinin səbəblərindən biri çoxpartiyalı sistemin formalaşıb güclənməsində bu seçki sisteminin ciddi əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Demokratik ölkələrin mütləq əksəriyyətində yalnız proporsional seçki sistemi mövcuddur. Azərbaycan ilk növbədə hələ postsovet məkanında və Şərqi Avropa ölkələrinin təcrübəsindən istifadə edərək demokratiyaya doğru inkişafa nail olmağa çalışmalıdır. Postsovet ölkələri dedikdə mən Ukraynanı, Gürcüstanı, Baltikyanı respublikaları nəzərdə tuturam. Proporsional sistem demokratiyanın atributlarından biridir, partiyaların inkişafına stimul verir. Majoritar sistemdə isə partiya inkişaf edə bilmir. Proporsional qaydada seçilmək millət vəkilinə daha çox hüquq verir. Proporsional seçki sistemi həm demokratikləşmənin inkişafı, həm də siyasi inkişaf və partiyaların siyasi həyatda iştirakı baxımından vacibdir. Çoxpartiyalı siyasi sistemlərdə baş aktyor partiyalardır, şəxslər deyil. Majoritar sistemdə isə fərdi keyfiyyətlər əsas götürülür ki, bunun da ümummilli məsələlərə elə də aidiyyəti yoxdur”.

 

Qeyd edək ki, Azərbaycanda hazırda proporsional seçki sistemi mövcud deyil. Azərbaycan Konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin 29 avqustunda keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub. Bundan sonra parlament seçkilərinin ya tamamilə proporsional, ya da həm majoritar, həm də proporsional qaydada keçirilməsi dəfələrlə təklif olunsa da, reallaşmayıb. Seçki sisteminin dəyişdirilməsi yalnız o halda mümkündür ki, qanunvericilikdə dəyişiklik həyata keçirilsin./Yeni Müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol