Ərəb ölkələri ABŞ-İran müharibəsinə qarşı

09:58 29-06-2019 | icon 466 | Dünya
Ərəb ölkələri ABŞ-İran müharibəsinə qarşı

ABŞ-İran qarşıdurması səngiyir. Hər halda, ötən gün verilən açıqlamalar belə deməyə əsas verir. Doğrudur, körfəzdə hələlik hərbi güclər əvvəlki kimi qalır, amma liderlərin açıqlamaları kifayət qədər yumşalıb.

Məsələn, bir gün əvvəl “İranı məhv edərik” deyən ABŞ prezidenti Donald Tramp Yaponiyada G-20 sammitində baş nazir Şinzo Abe ilə görüşü zamanı bildirib ki, İran mövzusunda tələskənliyə ehtiyac yoxdur. Hazırda İranla Vaşinqton arasında gərginliyi yatırmaq üçün “tələskənliyə gərək olmadığını” bildirən ABŞ prezidenti “Zamanımız var, tələskənliyə də gərək yoxdur. Vaxt qazana bilərlər. Qətiyyən hər hansı bir təzyiq müzakirə mövzusu deyil” deyib.

Oxşar yumşaq tonlu açıqlama İrandan da gəlib. İran xarici işlər nazirinin müavini Seyid Kazım Səccadpur ABŞ və İran arasındakı gərginliyin müharibəyə çevriləcək səviyyədə olmadığı bildirib. Səccadpur deyib ki, böhran müharibəyə çevriləcək səviyyədə deyil. Vaşinqtonun Tehranın qırmızı xətlərini bildiyini qeyd edən iranlı rəsmi prezident Həsən Ruhaninin bu qırmızı xətləri müəyyənləşdirdiyini qeyd edib.

Ərəb ölkələri ABŞ-İran müharibəsi ile ilgili görsel sonucu

Qeyd edək ki, ABŞ prezidentinin İranın ali dini liderini sanksiya siyahısına salmasından sonra Həsən Ruhani bildirib ki, bu qərar danışıqlar ehtimalını daha da azaldıb.

Bu arada, məlum olub ki, İranın regiondakı əsas rəqibi və Tehrana qarşı müharibənin əsas tərəfdarı olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İrana qarşı müharibə istəmir. ABŞ-ın "Nyu York Tayms" qəzetinin yazdığına görə, adıçəkilən ölkələr İrana qarşı təzyiqləri dəstəkləsələr də, müharibəyə qarşıdırlar. BƏƏ və Səudiyyə Ərəbistanı rəsmiləri bu mövqeyi ABŞ dövlət katibi Mayk Pompeo ilə görüş zamanı bildiriblər.

Tramp administrasiyasından yüksək rütbəli rəsmilərdən biri qəzetə bildirib ki, müharibə olacağı təqdirdə ən böyük zərbənin bu iki ölkəyə olacağı ehtimal edilir. Əgər Tramp seçkilərdə məğlub olarsa, o zaman bu iki ölkə savaşın ortasında köməksiz qala bilər.

Abdullah bin Zayed ile ilgili görsel sonucu

Bir neçə gün əvvəl BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed bəyan edib ki, onun hökumətində Fuceyra limanında tankerlərə hücumu hansı ölkənin törətməsi ilə bağlı sübutlar yoxdur. Məsələ ondadır ki, hələ mayın 12-də ilk dəfə Fuceyrada 4 tanker hücuma məruz qalanda, hadisədən az sonra BƏƏ-yə gələn ABŞ prezidentinin müşaviri Bolton hücuma görə İranın məsuliyyət daşıdığını bildirmişdi. Həmin vaxt beynəlxalq istintaq başa çatmasa da, Bolton “bütün işarələrin İranı göstərdiyini” demişdi.

BƏƏ rəsmiləri də hücumda İranın “barmağının olduğunu” bildirmişdi. Ancaq bir qədər sonra rəsmi hesabat hazır olanda BƏƏ bu sənədi BMT-yə təqdim etmişdi, ancaq sənəddə hər hansı ölkənin adı yox idi. İndi isə Qərb mətbuatının yazdığına görə BƏƏ İranla üz-üzə qalmaq istəmir, daha çox Səudiyyə Ərəbistanını irəli verir. Qətər mediasına görə isə İranın ABŞ-a məxsus PUA-nı vurması və bundan sonra Vaşinqtonun geri addım atması BƏƏ-ni narahat edib.

Versus.Az xəbər verir ki, nüfuzlu “Times” qəzeti ABŞ və Avropa müttəfiqlərinin İrana qarşı müharibə mövzusunda bölündüyünü yazıb. Qəzetin yazdığına görə, ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Mark Esper Brüsseldə keçirilən NATO toplantısında müttəfiqləri İrana qarşı beynəlxalq koalisiyaya cəlb etməyə çalışsa da, uğursuzluğa düçar olub. Belə ki, ABŞ müdafiə naziri avropalı tərəfdaşlarına Tehranın “nüvə şantajına” boyun əyməmə çağırışı edib, ancaq görüşdən əliboş dönüb. Nazirin müttəfiqləri İranla gərginliyin beynəlxalq reaksiya tələb edən qlobal bir problem olduğuna inandırmağa çalışsa da, Avropa ölkələri bu fikirlə razılaşmayıb. Ancaq avropalı diplomatlar NATO-nun ABŞ-İran gərginliyinə daxil olmaqda maraqlı olmayıblar. Bunun əvəzinə avropalı diplomatlar gərginliyi azaltmağı təklif ediblər.

Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ prezidenti NBC telekanalına müsahibəsində İranla müharibə hazırlığı ilə bağlı danışıb. Tramp deyib ki, İranla müharibə ilə bağlı Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi ilə telefonla danışıb. ABŞ prezidenti deyib ki, onlar Səudiyyə Ərəbistanını qorumaq müqabilində pul alırlar.

Ərəb ölkələri ABŞ-İran müharibəsi ile ilgili görsel sonucu

Sitat: “Keçmişdə Vaşinqton Səudiyyə Ərəbistanını qoruması müqabilində heç nə almayıb. Ancaq indi müdafiə maddi gəlir təmin edir. Səudiyyə Ərəbistanı bizdən 400 milyard dollar dəyərində məhsul alır”.

Tramp deyib ki, vəliəhd-şahzadə Məhəmməd bin Salmanla telefonla danışığı zamanı ona İranla müharibənin çox bahalı olduğunu, onların ölkələrini qorumaq qarşılığında region ölkələrinin Amerikaya pul verməli olduğunu dediyini, onun isə bununla razılaşdığını qeyd edib.

Ancaq açıqlamalar və liderlərin davranışları göstərir ki, müharibə riski indi xeyli azalıb. Lakin tamamilə yox olduğunu da demək olmaz. Ehtimal ki, gərginlik davam edəcək. Vaşinqton Tehranı təzyiq altında saxlamaq, onun regiondakı fəaliyyətini məhdudlaşdırmaq fikrindədir. Ancaq daha kəskin qarşıdurma riski də qalır, lakin bunun üçün hələlik uyğun zəmin yoxdur. Çünki indiki şərtlərdə toqquşma təkcə tərəflər üçün deyil, bütün region üçün ciddi risk yaradır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?