Peşə təhsili müəssisələrində oxuyanlar təcrübə müddətində əməkhaqqı ala bilərlər

20:20 29-06-2019 | icon 386 | Təhsil
Peşə təhsili müəssisələrində oxuyanlar təcrübə müddətində əməkhaqqı ala bilərlər

İstehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əməkhaqqı ödənilir.



Versus.Az
xəbər verir ki, təhsilalanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində, o cümlədən özəl müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçirlər.

Belə təcrübələr peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə keçirilir.

Məlumata əsasən, təcrübə zamanı işəgötürənin təklifi əsasında həmin müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçənlər təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi bağlana bilər.

Bu müqavilə əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əməkhaqqı ödənilir.
     
On beş yaşına çatmayanlarla iş yerində təcrübə müqaviləsi onların valideynləri və ya digər qanuni nümayəndələrinin razılığı ilə bağlanılır.

Qeyd edək, iş yerində təcrübə müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və müqavilə əsasında təhsilalanlar müəssisənin işçi heyətinin siyahısına daxil edilmir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı