Məşhur elmi fantastı Azərbaycana nə bağlayır? –Ayzek Azimov müəmması

20:32 29-06-2019 | icon 24 | Maraqlı
Məşhur elmi fantastı Azərbaycana nə bağlayır? –Ayzek Azimov müəmması

O, elmi fantastika janrında dünyanın ən böyük 3 yazıçısından biridir. Ayzek Azimov Robert Haynlayn və Artur Klarkla hər zaman böyük üçlükdə yerini qoruyub saxlayıb. Dünyada isə ABŞ yazıçısı kimi tanınır. Uzun müddət ABŞ-ın ən önəmli universitetlərində dərs deyib. Biokimya professoru olmaqla yanaşı, bütün ömrünü elmin kütləviləşməsinə sərf edib. Bu istiqamətdə yazdığı “Elm və elmi ixtiralar tarixi”, “Kimyanın qısa tarixi”, “Robot”, “Sözlərin tarixi” kimi əsərlər onu elmi kütlə arasında da sevdirdi. Ümumilikdə isə 500-ə qədər əsərin müəllifidir. Amma onu dünyada elmi fantastika janrında yazdığı əsərlər tanıtdı. “Təməlçilər”, “Kosmik axınlar”, ”Marsılıların yolu”, “Ölü planet”, ”Zamandan qaçış”,   “Qızıl qalaktika” kimi elmi-fantastik romanları ilə bəşəriyyətin gələcəyi ilə bağlı maraqlı məlumatları insanlara təqdim etdi.

 Onun əsərlərində yaratdığı və ilk dəfə istifadə etdiyi terminlər sonradan bütün dünya elmində işlək funksiya qazandı. Məsələn “robotexnika”, “psixotarix”  və s. terminlər ilk dəfə onun əsərlərindən çıxaraq universitetlərə, laboratoriyaya ayaq basıblar. 

 Sovet dövründə Ayzekşünaslıq çox geniş yayılmışdı. Araşdırmaçılar onun elmi kütləvi və elmi fantastik əsərlərini geniş tədqiq edirdilər. Lakin bu araşdırmaçı qrupu demək olar ki, heç vaxt onun həyatına tam olaraq toxuna bilmədi.  

 Onun anadan olma tarixi də hələ tam dəqiq deyil. Amma rəsmi sənədlərdə 1920-ci il 2 yanvar tarixi göstərilir. Anadan olduğu tarix tam bilinmədiyi kimi, anadan olduğu məkan da bilinmir. Bəzi mənbələrdə  Smolensk, bəzilərində isə Rusiyanın başqa vilayəti göstərilir. Amma dəqiq olan fakt isə Ayzekin yəhudi ailəsində dünyaya gəlməsidi.

 AzEdu.az  təqdim etdiyi yazıda əslində  başqa bir detalı vurğulamaq niyyətindədir. O zamanlar Bakıda və Azərbaycanın bir çox yerlərdində yaşayan yəhudi ailələrinin bir qismi ölkəni tərk edərək Rusiya və  Avropa ölkələrinə üz tutdular. Elə təkcə Nobel mükafatlı böyük fizik Lev Landaunu buna misal göstərsək  kifayətdir. Rixard Zorge də bu qəbildəndir. Ayzekşünasların ötən əsrin 1980-ci illərdəki bəzi yazılarında Ayzek Azimovun ata-anasının Azərbaycandan  olduğu göstərilirdi.  Maraqlı məqamlardan biri də araşdırmaçı qrupunun hamısının bu faktla razılaşmasıdı.

 Böyük fantastın valideyinləri Rusiyada da çox qalmır, ABŞ-a köçürlər. O, Kolumbiya universitetini bitirir, Boston Universitetində isə elmlə məşğul olur. 1979-cu ildə bu universitetin professor seçilən Ayzek elmdə və ədəbiyyatda uğurlar qazansa da ailədə xoşbəxt ola bilməyib. Hər iki evliliyi uğursuz alınıb. 1983-cü ildə cərrahiyə əməliyyatından sonra sağalmaz yoluxucu xəstəliyə tutuldu. 9 il bu xəstəliyin acısını yaşadı. 1992-ci ildə Nyu-Yorkda dünyasını dəyişdi.

 

Dünya elmi-fantastikasının üç nəhəngindən biri olan Ayzek Azimovun  müsbət tərəflərindən biri də dünyanın elmi gələcəyi ilə bağlı dediyi proqnozların sonradan düz çıxmasıdır. O, 1956-cı ildə yazdığı məqalədə 2014-cü ili proqnozlaşdırdı. Həmin proqnozlardan əksəriyyəti bu gün öz təsdiqini tapdı. Onlardan bir neçəsini təqdim edək:

 - Bəşəriyyət dəhşətli dərəcədə bekarçılıqdan, illərlə daha da geniş yayılan xəstəliklərdən əziyyət çəkəcək. Bu ciddi əqli, emosional və sosial nəticələrə sahib olacaq və cəsarətlə deyə bilərəm ki, psixiatriya 2014-cü ildə ən vacib tibbi peşələrdən biri olacaq;

 - İnsanlar özlərinə uyğun mühit yaratmaq üçün təbiətə “əzab verməyə” davam edəcəklər;

 - Avtomatik olaraq qida hazırlayan, suyu qızdıran və onu qəhvəyə çevirən, çörəyi qızardan və s. bu kimi işləri həyata keçirən mətbəx avadanlıqları ixtira ediləcək;

 - Kommunikasiya təsvir və səs ilə həyata keçiriləcək. Siz danışdığınız insanı nəinki eşidə, hətta görə biləcəksiniz. Ekrandan nəinki danışdığınız insanı görmək üçün, həmçinin sənədlərin, şəkillərin öyrənilməəsi və kitablardan hissələr oxumaq üçün istifadə etmək olacaq;

 - 2014-cü ildə Yer kürəsində əhalinin sayının 6 500 000-ə çatmaq ehtimalı böyükdür;

 - Avadanlıqların elektrik telləri mövcud olmayacaq. Bunun əvəzində texnikalar uzun müddətli batareyalar ilə elektrik cərəyanı toplayacaq.

 - Alimlər kosmosda nəhəng cihazlar vasitəsilə günəş enerjisi toplayan elektrostansiyalar yaradacaq.

 - Ay ilə əlaqə yaratmaq bir qədər narahat olacaq və əldə edilən məlumat 2,5 saniyə gecikəcək. Marsla da oxşar danışıqlar 3,5 dəqiqə gecikmə ilə həyata keçiriləcək, hətta Mars hər şeydən daha yaxında yerləşsə belə.

 - 2014-cü ilin bəşəri yarmarkasında təsvirləri təbii ölçüləri ilə əks etdirən 3D televizorlar nümayiş etdiriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

"Dağlıq Qarabağ münaqişəsinə diqqət də bununla bağlıdır"