ATƏT-in Minsk qrupu bəyanat yayıb

20:35 29-06-2019 | icon 538 | Geopolitika
ATƏT-in Minsk qrupu bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) birgə bəyanat yayıblar.

 

Versus.Az-ın məlumatına görə, bəyanatda qeyd olunub ki, vasitəçilər iyunun 27-28-də Vyanada ATƏT-in baş katibi Tomas Qremingerə və qurumun fəaliyyətdəki sədri Miroslav Layçaka regiona son səfərləri və bu yaxınlarda Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən məsləhətləşmələri barədə məlumat veriblər.

 

Həmsədrlər həmçinin ATƏT Yüksək Səviyyəli Planlama Qrupunun rəhbəri, polkovnik Vladimir Minariklə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.

 

İyunun 28-də münaqişə tərəflərinin eyni vaxtda girovları azad etmələrini alqışlayan həmsədrlər belə bir müsbət addıma sövq edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səylərini də yüksək qiymətləndiriblər.

“Həmsədrlər tərəfləri sülhə rəvac verən, substantiv danışıqlar üçün əlverişli olan ab-havanı daha da bərqərar edəcək əlavə konkret humanitar addımlar atmağa çağırırlar”, – deyə bəyanatda vurğulanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI