Türkiyə siyasətində yeni çalarlar

20:54 29-06-2019 | icon 653 | Geopolitika
Türkiyə siyasətində yeni çalarlar

Türkiyənin siyasi gündəmi son günlərdə daha da zənginləşib. Həm daxildən, həm də xaricdən qardaş ölkə ətrafında çox ciddi proseslər gedir. Artıq rəsmi Ankaranın Rusiyadan alacağı S-400-lər ətrafında yaranan müəmma çözülməkdədir.

 

Versus.Az xəbər verir ki, Rusiya dövlət müdafiə sənayesi şirkəti "Rosoboronexport”un başçısı Aleksandr Mixeyev S-400 havadan müdafiə sisteminin Türkiyəyə ilk təslimatı üçün 99 faiz hazır olduqlarını açıqlayıb. "Habertürk”-ün yazarı Çetiner Çətin S-400-lərin iyunun 28-də nəql əməliyyatının ediləcəyi hərbi bazaya gətirildiyinin öyrənildiyini bildirib. Mətbuatda isə, S-400-lərin Türkiyədə olduğu yönündə məlumatlar yayılmaqdadır.

Buna cavab olaraq, ABŞ Senatı Türkiyəyə beşinci nəsil "F-35" təyyarələri və müvafiq texnologiyaların satışını qadağan edən qərar qəbul edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Konqresin yuxarı palatasında keçirilən səsvermənin yekununda 86 senator sənədin lehinə, 8-ci əleyhinə səs verib.

Qanun layihəsinin mətnində qeyd olunur ki, müdafiə naziri və dövlət katibi Konqresə Türkiyə hökumətinin Rusiyadan S-400 zenit-raket kompleksi almayacağına dair sübut təqdim edəcəyi təqdirdə, sənəddə istisna ola bilər.

Belə gərgin proseslərin getdiyi bir vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində amerikalı həmkarı Donald Trampla bir araya gəlib. Görüşün detalları açıqlanmasa da, S-400-lərin müzakirə edildiyi ehtimalları kifayət qədər böyükdür.

Türkiyənin daxilində də son bir həftədə çox önəmli proseslər cərəyan edir. İyunun 23-də İstanbulda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda parlaq qələbə qazanan ana müxalifət CHP-nin namizədi Əkrəm İmamoğlu iyunun 27-də mandatını alaraq milyonlara səslənib: “Artıq zaman itirmək vaxtımız bitdi. Heç bir lüksümüz yoxdur. Gecə-gündüz işləməliyik. Hamınızın mənə kömək etməsini istəyirəm. Birlikdə İstanbulu ayağa qaldıracağıq. İş adamlarına səslənirəm. Uşaqlara və bir sıra sosial layihəmizə dəstək olmalarını gözləyirəm. Hamını bu müddətdə səfərbərliyə dəvət edirəm. Biz ayrı-ayrı insanlara, partiyalara deyil, İstanbulumuza xidmət edəcəyik. Çox gözəl işlər başladacağıq. Özümü 16 milyonluq İstanbula, sizləri də Allaha əmanət edirəm. Bu sevgi ilə aşa bilməyəcəyimiz heç bir maneə olmayacaq. Hər şey çox gözəl oldu! Yaxşı ki varsınız”.

Qısa zamanda Türkiyənin əsas siyasətçilərindən birinə çevrilən Ə.İmamoğlu ətrafında çoxsaylı müzakirələr gedir. Onun bələdiyyə başqanı kimi necə çalışacağı, hakimiyyətlə necə dil tapacağı ilə bağlı fərqli mövqelərə rast gəlirik. Eyni zamanda, gələcəkdə onun bundan daha böyük iddiaya-prezidentlik eşqinə düşüb-düşməyəcəyi müzakirələr sırasındadır.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Əhəd Məmmədli: “Türkiyə və Amerika prezidentlərinin Yaponiyadakı görüşü müsbət haldır”

 

Politoloq Əhəd Məmmədli bildirib ki, belə bir görüşün baş verməsi siyasi hadisədir. Son dövrdə Türkiyə-Amerika münasibətlərində baş verən gərginlikliklər Ərdoğanla-Tramp arasında baş verən görüşün daha da əhəmiyyətini qaldırır. Fikrimcə bu görüş əsasən S-400, F-35, Suriya, sanksiyalar mövzuları ətrafında olub. S-400-lər məsələsi Türkiyə və Rusiya arasında həll edilib. Amerika istəsə də, istəməsə də, S-400 raket kompleksini Türkiyə Rusiyadan aldı. Bundan sonra ABŞ-ın bu məsələyə münasibəti Türkiyə ilə münasibətləri gərginləşdirməyə doğru ya da əks istiqamətdə gedəcəyini çox güman ki, Yaponiyada Ərdoğanla Tramp müzakirə edib. İstənilən halda Türkiyə və Amerika prezidentlərinin Yaponiyadakı görüşü müsbət haldır. İstənilən ünsiyyət düşünürəm ki, prosesin xeyrinədir. Artıq neçə müddətdir ki, Amerika dövlət başçısının Türkiyəyə iyul ayında səfəri barədə xəbərlər gedir. Ərdoğanla Trampın Yaponiyada təmasından sonra yenidən ABŞ prezidentinin iyul ayında Türkiyəyə səfəri barədə xəbərlər yayımlandı. ABŞ prezidentinin iyul ayında Türkiyəyə səfər edəcəyinə müsbət bir xəbər kimi baxıram. Bunun olacağı təqdirdə düşünürəm ki, Türkiyə-ABŞ əlaqələrində istiləşmə baş verə bilər. Hələlik hansısa razılığın olmasını düşünmürəm. Razılıq gələn görüş haqqında ola bilsin əldə olunub. Fikrimcə, iyul ayında Trampın Türkiyəyə səfəri baş tutsa, məsələlər istiləşməyə, baş tutmasa ya uzansa, gərginləşməyə doğru gedəcək. Əvvəllər də demişəm ki, Trampa qalsa, o, Türkiyə ilə münasibətləri çoxdan düzəldərdi. Hər şeyin Trampdan asılı olmadığı üçün Türkiyə ilə münasibətlər bu qədər ziddiyyətli, gərgin müstəviyə gəlib çıxıb. Amerikan siyasi istibleşmentində güclü anti-Türkiyə, daha doğrusu Osmanlıya, imperiya ənənələrinə qayıdan anti-Türkiyə lobbisi qurulub. Bu lobbi yəhudi elitasına söykənərək Senat, Konqress, Pentaqonda Türkiyəyə qarşı məkrli planlar hazırlayır, həyata keçirir. Həmin qüvvələr indiki Türkiyə ilə Amerikanın yaxınlaşmasını istəmirlər. Amerika bir tərəfdən Konqres, Senat, Pentaqonla Türkiyənin üstünə gəlir, digər tərəfdən qardaş ölkə ilə münasibətləri qoruyur. Bu Amerikanın çoxdankı siyasətidir, çörək və qamçı siyasəti. İndi görək sonda çörək və ya qamçı üstələyəcək, onu vaxt göstərəcək. Məsələ ondadır ki, çörək və qamçı siyasəti üçüncü ölkələrdə keçərlidir. Türkiyə üçüncü ölkə olmadığı üçün ona bu siyasət keçərli olmadığı üçün Amerika seçimini etməli olacaq”.

Ramiyə Məmmədova ile ilgili görsel sonucu

 

Ramiyə Məmmədova: “İstanbul üçün hər iki tərəf razılığa gəlib”

 

Politoloq Ramiyə Məmmədova bildirib ki, Türkiyədə artıq seçki prosesi geridə qalıb. Bələdiyyə başqanı seçilən Əkrəm İmamoğlu iyunun 27-də əvvəlki bələdiyyə başqanından vəzifəni təhvil aldı və işinin icrasına başladı. İşə başlarkən İstanbulun problemlərini incələyəcəyini, bütün məsələlərə tək-tək baxılacağını bildirdi. İstanbul əhalisi yeni bələdiyyə başqanının qələbəsini rəğbətlə qarşıladı. Çünki onun seçkiöncəsi verdiyi vədlərin çoxu insanların ürəyincə idi. Ona görə əhali böyük ümidlə yaşayır. Bu ümid əslində tək bələdiyyə başqanlığı ilə bağlı deyil. Əkrəm İmamoğlunun 4 ildən sonra prezident olacağına ümid edirlər. Çünki vaxtı ilə Rəcəb Tayyib Ərdoğan İstanbulun bələdiyyə başqanı olandan bir neçə il sonra hakimiyyətə gəlmişdi. İmamoğlunun ilk işi kabinetində Atatürkün portretini asmaq oldu. Bununla Atatürk siyasətinin qayıtdığının mesajını verdi. Bilirsiniz ki, qarşıdakı 4 ildə Türkiyədə heç bir seçki olmayacaq. Bu müddət ərzində nələrin baş verəcəyi hələ məlum deyil. Əkrəm İmamoğlunun bu müddət ərzində edə biləcəyi çox şeylər var. O bunun fərqindədir. Atacağı addımlar daha çox 4 ildən sonraya hesablanıb. Türkiyənin siyasi mühitində dünəndən bu günə heç nə dəyişməyib. Seçki itib, hər kəs öz normal həyatını yaşayır. Partiyalar arasında müzakirələr getməkdə davam edir. Çaxnaşmalar bitmək bilmir. Məclisin son sessiyasında bunu gördük. Bir neçə partiya seçki məsələsi müzakirə ediləndə bir-birinə girdilər. Türkiyə toplumu əslində çox çətin bir toplumdur. Bölünmələrə meylli cəmiyyətdir. Məhz onun üçün idarəetmə çox çətindir.

Ərdoğan hazırda gedən G20 zirvəsindəki çıxışında seçki məsələsinə toxundu, xalqın iradəsini qəbul etdiklərini söylədi. Eyni zamanda, İstanbulun və ümumən, Türkiyənin əleyhinə olacaq heç bir proyektə icazə verməyəcəklərini qeyd etdi. Bilirsiniz ki, İstanbulda çox böyük proyektlər nəzərdə tutulub. Bu da bələdiyyə başqanı ilə birlikdə həyata keçirilməlidir. Bu baxımdan İmamoğlu ilə Türkiyə iqtidarı arasında narazılıqların başvermə ehtimalları az deyil. Ərdoğanın proyektləri İmamoğlu tərəfindən qəbul edilməyə bilər. Eyni qaydada əksi də baş verə, yəni İmamoğlunu layihələri qəbul edilməyə bilər. Lakin düşünürəm ki, İstanbul üçün hər iki tərəf razılığa gəlib. Bu işləri yoluna qoysalar, İstanbulun xeyrinə daha çox olar. AKP-nin fəaliyyətində heç bir dəyişiklik yoxdur. Sadəcə bu seçkidə əhalidən böyük bir mesaj aldılar. Ərdoğanın çıxışından aydın oldu ki, qarşıdakı 4 ildə vəziyyəti dəyişmək üçün əllərindən gələni edəcəklər. Məsələn, Ərdoğanın bu məğlubiyyəti daha çox iqtisadi durumdan irəli gəldi. Ona görə də, iqtidar bütün gücü iqtisadiyyatdakı problemlərin həllinə yönəldiblər”. /Yeni Müsavat"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin