Merkel niyə titrədi?

15:12 30-06-2019 | icon 405 | Dünya
Merkel niyə titrədi?

Heç bir rəsmi açıqlama olmasa da, bu əsmələr onu göstərir ki, Angela Merkelin səhhətində narahatlıq var. Şəkərli diabet, hipoqrip klinik vəziyyətdə bu cür əsmələr ola bilər. Bundan başqa, parkintanizm, müxtəlif nevrozlarda da belə əsmələr müşahidə olunur.

Versus.Az
xəbər verir ki, Bu sözləri Axar.az-a tibb üzrə ekspert Adil Qeybulla Almaniya kansleri Angela Merkel artıq ikinci rəsmi görüşdə özünü pis etməsi və əsməyə başlaması ilə bağlı danışarkən deyib.

A.Qeybulla bildirib ki, rəsmi açıqlama olmadan bir söz demək çox çətindir. Çünki problem bir neçə xəstəliklə və ya situasiya ilə əlaqədar ola bilər:

"Əslində hökumət, dövlət nümayəndələrinin səhhəti ilə bağlı rəsmi açıqlama olmalıdır. Xüsusilə Almaniya kimi demokratik ölkələrdə xəstəlik gizlədilməməlidir. Ola bilər ki, Merkelin müəyyən xəstəliyi var və ictimaiyyətə açıqlanmır, gizlədilir, ancaq əlamətləri xəstəliyi ortaya çıxarır. Nəzərə almaq lazımdır ki, adətən dövlət xadimləri xəstəliklərini gizlətməyə daha çox meyilli olurlar. Hətta hansısa dövlət xadiminin xəstəliyi onun ölümündən sonra məlum olub.

Əgər Almaniyanı idarə etmək tək Angela Merkelin məsuliyyətində olsaydı, bu halda vəziyyət haradasa təhlükəli ola bilərdi. Ancaq Merkel ölkəsinin simvoludur, idarəçidir, ancaq tək deyil”.

A.Qeybulla bildirib ki, kanslerin əsmə səbəbi ciddi problemlə əlaqədar olsaydı, yəqin ki, istefa verməyə məcbur olardı:

"Əlbəttə, Angela Merkel daim həkim nəzarətindədir, tibbi komissiya məsləhətlər verir ona. Əgər belə ciddi problem olsaydı, təhlükəsi barədə məlumat verərdilər. Yəqin ki, təhlükəli bir problem görünmədiyi üçün Merkel hələ də iş başındadır.

Yadınızdadırsa, hakimiyyətdə olduğu vaxt Baris Yeltsinin də səhhətində ciddi problem var idi. Elə bu səbəbdən o, istefa verməyə məcbur olmuşdu. Hesab edirəm ki, demokratik bir ölkənin lideri olan Angela Merkel səhhətində ciddi problem olsaydı, istefa verərdi”.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel ikinci dəfə rəsmi görüşdə özünü pis edib. Merkeli Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüş zamanı güclü əsməcə tutub.

İyunun 18-də isə Ukrayna Prezidenti Vladimir Zelenskinin Berlinə səfəri zamanı Merkeli güclü əsməcə tutmuşdu.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin