Rəssam xanımın qalmaqallı karikaturaları 

20:19 30-06-2019 | icon 538 | Dünya
Rəssam xanımın qalmaqallı karikaturaları 

Jurnalist qrupu tərəfindən karikaturalarına görə mükafat alan alman feminist sənətçi başqa bir qrup tərəfindən "irqçi" və "İslamafobiyaya uğramış birisi" kimi təzyiqlərə məruz qalıb. O, şəriət qanunlarını ələ salmaqda günahkar bilinir. Rusiyanın “rt.com/news” saytının yaydığı xəbərdə belə deyilir. "İti ağıllı və kəskin dilli" kimi dəyərləndirilən Fransiska Bekkerin əsərləri hazırda diqqət mərkəzindədir.

Bir karikaturada uşaq bağçası təsvir edilir. Balaca qızların hamısı hicabdadır. Uşaqlar oynayaraq "intihar" edirlər, terror aktı törədirlər. Digər uşaqlar isə təyyarə qaçırmağa çalışır. Yaxınlıqda isə məscid tikilir, minarə ucaldılır. Başqa bir karikaturada isə bir müsəlman bank işçisi təsvir edilir. O, qeyri-müsəlman xanım müştərisinə bankdan nağd pul çıxarmaq üçün "ər, ata, qardaş və ya oğulun yazılı icazəsi lazımdır” deyir. Fransiska Bekkerin başqa bir əsərində isə müsəlman qadın polismen oğlanın əlini balta ilə kəsərək onu cəzalandırır. Şübhəsiz ki, bu karikaturada şəriət qanunları tənqid olunur.

Ancaq araşdırmalar göstərir ki, Fransiska Bekker təkcə islama qarşı deyil, o, həmçinin xristianlıqda və buddizmdə olan neqativ halları da tənqid edir. Xanım sənətçi bu məsələ ilə bağlı deyib ki, o, hicaba qarşı deyil, ancaq hicabdan qadınlara qarşı zülm etmək üçün istifadəyə etiraz edir. Elbəyi Həsənli, Sürix. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı