Ərdoğan ABŞ-ın Afrinlə bağlı bəyanatına sərt reaksiya verib

14:37 20-03-2018 | icon 468 | Dünya
Ərdoğan ABŞ-ın Afrinlə bağlı bəyanatına sərt reaksiya verib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin Suriyanın Afrin bölgəsindəki durumla bağlı narahatlıq keçirdikləri barədə bəyanatlarına münasibət bildirib.

 

Versus.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, R.T.Ərdoğan bu gün sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısında çıxışında deyib ki, Türkiyə ilə strateji tərəfdaş olduğunu bəan edən ABŞ terrorçularla əməkdaşlıq edir.

 

R.T.Ərdoğan ABŞ-ın Türkiyənin terrorizmlə bağlı qayğılarına etinasız yanaşdığını bəyan edib:

"Türkiyə təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirən, bu yerləri terror təşkilatlarından birgə təmizləməyi təklif edən zaman harada idiniz? Siz bizə PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə əməkdaşlıq edərək İŞİD terror təşkilatını təmizləyəcəyini söyləmişdiniz. "Gəlin İŞİD-i birlikdə təmizləyək" deyəndə bizə inanmamışdınız. Buyurun, indi Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə PYL/YPG-ni necə təmizlədiyinə baxın. ABŞ bir tərəfdən Türkiyə ilə strateji tərəfdaş olduğunu deyir, digər tərəfdən terrorçularla əməkdaşlıq edir. Əgər bizimlə strateji ortaqsınızsa, bizimlə bərabər hərəkət edəcəksiniz. Ancaq ABŞ bizi aldatmağa çalışdı. PYD/YPG terrorçularına 5 min yük maşını silah və texnika verdiniz. Biz pulumuzla sizdən silah almaq istəyən zaman bu silahları bizə satmadınız, ancaq terror təşkilatına həmin silahları pulsuz verdiniz. Bu, necə strateji ortaqlıqdır?! İndi terror təşkilatı qaçır, biz qovuruq. Terrorçulara verdiyiniz silahlar da yavaş-yavaş bizim əlimizə keçir, keçəcək".

Türkiyə prezidenti Afrin əməliyyatı başlayan zaman Qərb ölkələrinin əməliyyatın tez sona çatdırılması barədə çağırışlarını xatırladıb:

"Biz Qərb ölkələrinin xahişini yerə salmadıq, 2 ay ərzində Afrdə hərbi əməliyyatı bitirdik. Aslanlar meydana çıxanda çaqqallar qaçar. PYD/YPG terrorçularının bizimlə savaşmaq üçün hazırladıqları mövqelər, sığınacaqlar onlara məzar oldu. Mülki şəxslərin arxasında gizlənərək bu qədər dözə bildilər. Əməliyyat zamanı mülki şəxslərə ziyan dəyməsi barədə iddiaların da əsassız olduğun sübut etdik. Bundan sonra Afrin bölgəsini o yerlərin əsl sahibi olan qardaşlarımız üçün yaşanacaq hala gətirməyə çalışacağıq ".

 

R. T. Ərdoğan ötən müddət ərzində 3 min 647 PYD/YPG terrorçusunun zərərsizləşdirildiyini də açıqlayıb.

 

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri nəzarətə götürülüb. Martın 19-da Afrin bölgəsi tamamilə AYD/YPG terrorçularından təmizlənib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI