"Avropa Oyunlarının səviyyəsi heç də aşağı düşməyib"

20:37 30-06-2019 | icon 526 | İdman
"Avropa Oyunlarının səviyyəsi heç də aşağı düşməyib"

"Çox sevinirik ki, bu Oyunların startı Azərbaycanda, Bakıda verilib və həmin səviyyə davam edir".

 Versus.Az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun "Minsk 2019" II Avropa Oyunları ilə əlaqədar "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

 

"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan artıq 26-cı medalı qazanıb. Ölkə idmançılarının çıxışlarını necə qiymətləndirirsiniz?

- Medal baxımından çox razıyam. Cüdoçularımızın Azərbaycana qızıl medallarla qayıdacağına böyük ümid bəsləyirdik. Təəssüf ki, bu, alınmadı. Düşünürəm ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına çox ciddi yanaşmaq, cüdoçuların hazırlığı üçün bütün imkanları səfərbər etmək lazımdır. Çünki yüksək səviyyəli və böyük potensiala malik komandamız var. Təəssüf ki, cüdoçular hər dəfə bu potensialdan istifadə edə bilmirlər.

Güləşçilərimiz həmişəki kimi, bizi sevindirirlər. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşçilərimizin potensialı böyükdür. Bundan başqa, yeni boksçularımız özlərini göstəriblər. Yaxşı təsir bağışlayırlar, onlara da inanırıq. Məşqlərə ciddi yanaşmaq lazımdır. Çünki 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına cəmi bir il vaxt qalıb. O ki qaldı digər idman növlərinə, sambo olimpiya növü olmasa da, kütləvilik böyükdür. Hesab edirəm ki, sambonun yaxşı inkişaf dövrü yaşaması üçün dövlət, sponsorlar tərəfindən böyük dəstək olmalıdır.

Açılışda iştirak etdiniz, həmçinin bir neçə yarışı izlədiniz. Təşkilatçılıq, tamaşaçı marağı baxımından II Avropa Oyunları ümumilikdə sizdə necə təəssürat yaratdı?

 

- Yarışın Minskdə keçirilməsinə baxmayaraq, şəxsən mən belə yüksək səviyyəli təşkilatçılıq gözləmirdim. Koordinasiya Komitəsinin üzvü kimi, burada 3 dəfə iclasda olmuşam, bütün proseslərdə iştirak etmişəm. Hazırlıq işlərini görürdüm. Bizim azərbaycanlı mütəxəssislər də burada çalışırlar. Bu gün idman qurğularının, oradakı tərtibat işlərinin, medalların təltifetmə mərasiminin, könüllülərin çalışqanlığının yüksək səviyyədə olduğunu deyə bilərəm. II Avropa Oyunları gözəl keçdi, Bakıda yüksək səviyyədə təşkil olunan yarış heç də aşağı düşməyib. Bu, onun təsdiqidir ki, Avropa Oyunları davam etdirilməlidir. Şadıq ki, bir neçə gün əvvəl Polşanın Krakov şəhəri III Avropa Oyunlarının paytaxtı elan edildi. Çox sevinirik ki, bunun startı Azərbaycanda, Bakıda verilib və həmin səviyyə davam edir. Minsk şəhərini, Təşkilat Komitəsini, Belarus Milli və Avropa Olimpiya Komitələri ürəkdən təbrik edirəm.

Bu gün bağlanış mərasimində Azərbaycan sizdən başqa kimlərlə təmsil olunacaq?

 

  • İdmançılarımızın çoxu Vətənə qayıdıb. Son olaraq sərbəst güləşçilərimiz də qayıtdılar. Hazırda yunan-Roma güləşçilərimiz, boksçularımız, karateçilərimiz, həmçinin velosiped və gimastikadan 2 nəfər bizimlədirlər. Onlar bağlanış mərasimində iştirak edəcəklər. Rəsmi səviyyədə isə dövlət tərəfindən bu iş mənə həvalə edilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də mənimlə bir yerdə olacaq.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI