Bakıda dövlət rəsmiləri və sahibkarların iştirakı ilə görüş keçirilib

20:39 30-06-2019 | icon 341 | Cəmiyyət
Bakıda dövlət rəsmiləri və sahibkarların iştirakı ilə görüş keçirilib

Bakıda dövlət rəsmiləri, 100-dən çox sahibkar, media nümayəndələri və ictimai fəalların iştirakı ilə görüş keçirilib.

 

Versus.Az "Report" -a istinadən xəbər verir ki, tədbirin məqsədi kiçik və orta sahibkarlar arasında işgüzar şəbəkələşmələrin qurulması, sahibkarların fərdi və biznes modellərinin inkişafı, onların satışlarının yüksəlməsi, yeni bazarlarda üfüqlərin yaradılması imkanlarının nəzərdən keçirilməsi olub.

 

Tədbiri giriş sözü ilə açan “Majlis Business Network”un təsisçilərindən Şəmsi Bayramzadə qurumun iki illik fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Təşkilatın idarəçi tərəfdaşı Tamerlan İsmayılov isə qurumun vizyonu, gələcək missiyaları, sahibkarlar üçün növbəti 6 ayda baş tutacaq önəmli fəaliyyətləri haqqında ətraflı danışıb və təşkilatın yeni məhsulunu təqdim edib. O qeyd edib ki, “Majlis Business Network”un çoxdandır gözlənilən üzvlük proqramı sahibkarlar üçün xüsusi imkanlar yaradacaq.

T.İsmayılovun sözlərinə görə, “Kübar” və “Zadəgan” adlı üzvlük paketlərinin hər birinin özünəməxsus imkanlar vəd edən faydaları olacaq. Üzv olan şirkət sahibləri qapalı tədbirlərdə, dəyirmi masalarda, təşkilatın dövlət və özəl şirkətlərin rəhbərləri ilə görüşlərində iştirak edəcək, sponsor olma və başqa bu kimi geniş imkanlar əldə edəcəklər.

Müştərilər məhsullar haqqında ətraflı məlumatı qurumun rəsmi saytından (http://www.majlis.network) əldə edə biləcəklər.

Tədbirdə iştirak edən dövlət rəsmiləri, ictimai şəxslər çıxışları zamanı qurumun bu günə qədər olan uğurlarından, fəaliyyətinin iqtisadi inkişafa göstərəcəyi faydalardan söz açıblar. Məclisin sonunda sahibkarlardan alınmış biznes kartların vasitəsi ilə müsabiqə keçirilib. Qalib üç sahibkar hədiyyə olaraq üzvlük üçün xüsusi endirim kuponları əldə edib.

Qeyd edək ki, kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının ən vacib dinamik göstəricilərindəndir. Böyük iqtisadi gücə malik olan ölkələrin inkişafı məhz bu yoldan keçib. Çünki yeni bizneslərin, şirkətlərin, markaların yaranması həm ümumdaxili məhsul həcminin yüksəlməsinə, həm məşğulluğun artımına, həm ölkə iqtisadiyyatının idxaldan asılılığının azalmasına, həm də ixrac potensialının yüksəldilməsinə böyük zəmin yaradır.

Məhz bu səbəbdən ölkə rəhbərliyi səviyyəsində kiçik və orta sahibkarlığa xüsusi dövlət qayğısı göstərilir. Bununla paralel olaraq ictimai təşkilatların, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı qurumların işi çox önəmlidir. Dünya praktikası göstərir ki, bu kimi qurumlar olmadan inkişaf prespektivləri əldə etmək çox çətindir. İki ildən çoxdur fəaliyyət göstərən “Majlis Business Network” məhz kiçik və orta sahibkarlığın inkişafına töhvə verən belə qurumlardandır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI