Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar /FOTO/

10:24 01-07-2019 | icon 825 | Qarabağ
Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar /FOTO/

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə iyunun 30-da Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun və Cavanşir Nağıyevin anım tədbiri keçirilib. Anım günündə şəhidlərin ailə üzvləri, onunla çiyin-çiyinə savaşmış döyüş yoldaşları şəhidlərin məzarına gül dəstələri düzüblər.



Versus.Az-ın məlumatına görə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Asalanov, Laçın alayının keçmiş qərargah rəisi Rafiq Nağıyev, Laçın polis taborunun keçmiş komandiri Çingiz Abbasov, Milli Qəhrəman Kamil Nəsibov və Cavanşir Nağıyevlə bağlı xatirələrini bölüşüblər.


Keçmiş döyüşçülər şəhid yoldaşlarının döyüş yolundan, onların torpaqlarımızın erməni işğalından müdafiəsində və azad olunmasında göstərdiyi şücaətdən danışıblar. Onların qəhrəman döyüşçü kimi daim Azərbaycan hərbçisi, zabiti, komandiri üçün nümunə olacaq insani keyfiyyətləri xüsusi vurğulanıb, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.



Kamil Balədə oğlu Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.

1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur.

Kamil Nəsibov ailəli idi, dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağcabədi rayonunda dəfn edilmişdir.

Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.




Nağıyev Cavanşir İsmayıl oğlu 1960-cı ildə Laçın şəhərində anadan olmuşdur.

Laçın şəhər 1№-li orta məktəbi bitirmiş və 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

Sonra isə Bakı Sovet Ticarət Texnikumunu bitirmiş, 1983-cü ildən 27№-li Laçın şəhər ərzaq mağazasında müdir-satıcı işləmişdir.

1992-ci il may ayıda Laçın rayonununişğalından sonra könüllü olaraq Laçın Alayının sıralarına daxil olmuşdur.

Rayonun cənub kəndləri uğrunda gedən döyeşlərdə iştirak etmişdir.

1992-ci il iyunun 30-da Suarası kəndi uğrunda gedən döyüşlərdə şəhid olubdur.

Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunubdur.

Ailəli idi, bir övladı yadigar qalıb.



Allah rəhmət eləsin!

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

 

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

 

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

 

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

 

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

 

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

 

Keçmiş döyüşçülər şəhid silahdaşlarını unutmurlar — FOTOLAR

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...