Sərdar Cəlaloğlunu dəstəkləyən partiyalar toparlanır

12:17 21-03-2018 | icon 720 | Siyasət
Sərdar Cəlaloğlunu dəstəkləyən partiyalar toparlanır

“İlkin olaraq Ümid Partiyası və Azərbaycan Xalq Partiyası ilə danışıqlar aparılıb. Namizədimizə dəstək verilməsi partiyalar tərəfindən müsbət qarşılanıb”.

Bu sözləri Versus.az-a 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış ADP sədri Sərdar Cəlaloğlunun seçki kampaniyasına dəstək məqsədilə bir sıra müxalif partiyalarla məsləhətləşmələrə başlanması ilə bağlı açıqlamasında ADP sədr müavini Taliyət Əliyev deyib.

 

T.Əliyev bildirib ki, artıq martın 19-dan etibarən Sərdar bəyin seçki kampaniyasına dəstək məqsədilə bir sıra müxalif partiyalarla məsləhətləşmələrə başlanıb:

“İlkin olaraq Ümid Partiyası və Azərbaycan Xalq Partiyası ilə danışıqlar aparılıb, partiyalar tərəfindən ADP namizədinə dəstək verilməsi müsbət qarşılanıb. Hələlik isə hansı formada dəstək verilməsi ilə bağlı rəsmi qərar yoxdur”.

Xatırladaq ki, bundan əvvəl prezidentliyə namizədliyi irəli sürülən Azərbaycan Demokrat Liberal Partiyasının sədri Fuad Əliyev ADP sədri Sərdar Cəlaloğlunun xeyrinə öz namizədliyini geri götürməklə bağlı mətbuatda bəyanatla çıxış edib.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi