”Abxaziya, Cənubi Osetiya, Donbas, Krımdan sonra növbədə Qarabağdır?

10:32 02-07-2019 | icon 473 | Siyasət
”Abxaziya, Cənubi Osetiya, Donbas, Krımdan sonra növbədə Qarabağdır?

Əhəd Məmmədli: “Qarabağı qaytarmaq üçün Azərbaycana imkan tanımayacaq”

 

Kremlin təbliğat ruporlarından olan həmişə erməni yönümü ilə seçilən reqnum.ru saytının rəhbərliyi Modest Kalerov və politoloq Stanislav Tarasov bu yaxınlardakı bir açıqlamaları Ermənistanda narahatçılığa səbəb olub. Həmişə erməni yönümlülüyü ilə seçilən reqnum.ru saytının rəhbərliyinin açıqlaması nəticəsində ermənilərin narahat olmasından heç də sevinməyək. Kolerov-Tarasov ikiliyi "Artsaxın" erməni dünyasının(!) bir hissəsi olduğunu amma fərqli bir identikliyə malik olduğunu bildirmələri İrəvanda heç də birmənalı qarşılamayıb. Ələxsusda İrəvan-Xankəndi qarşıdurması vəziyyətində Kremlə yaxınlığı ilə seçilən Modest Kalerovun bu tip açıqlamalarını Ermənistanda təsadüfi saymırlar”.

 

Bunu Versus.Az-a politoloq Əhəd Məmmədli İrəvanda Dağlıq Qarabağın Abxaziya, Osetiya, Krımın aqibətini yaşayacağı təhlükəsinə vurulan eyhamların əsas məqsədləri ilə bağlı verdiyi şərhində bildirib. Politoloq bildirib ki, əgər Moskva inqlabı erməni iqtidarını ram edə bilməsə, onları cəzalandırmaq qərarına qələ bilər.

 

“Bu cəzalandırma heç də Azərbaycanın xeyrinə olmayacaq. Situasiyanın hansı məcraya yönəlməsindən fərqli olmayaraq Rusiya Ermənistanı cəzalandırmaq qərarına gəlsə belə, Qarabağı qaytarmaq üçün Azərbaycana imkan tanımayacaq. Ermənistanın cəzalandırılması bu cür ola bilər, qondarma Dağlıq Qarabağ resbublikasında Krımvari referendum ola bilər və bu separatçı bölgə "könüllü" Rusiyaya birləşmək qərarını verə bilər”.

 

Politoloq hesab edir ki, Kalerov-Tarasovun mövqeyini rəsmi Bakıda ciddi izləməli və bundan gərəkli nəticələr çıxarmalıdır.

 

“Çünkü rus ordusu Qarabağa rəsmi şəkildə gəlsə, bu birdəfəlik növbəti ərazimizin itirilməsi deməkdir. Gündən-günə gərginləşən İrəvan-Xankəndi qarşıdurmasını rəsmi Bakı passiv şəkildə izləməməlidir. Əks halda, həqiqətən Qarabağ Krımın aqibətini yaşaya bilər. Qarabağ ətrafında baş verənlərə nəzər yetərsək görərik ki, get-gedə dairə qısalır. Çox mühüm bir aşamadayıq. Bu gün İrəvanın əlindən Qarabağı almasaq, sabah torpaqlarımızı Moskvanın əlində görəcəyik və heç nə edə bilməyəcəyik”.

Ə.Məmmədli bildirib ki, hər il Rusiya günü ilə bağlı erməni iqtidarı şəxsən rus səfirliyinə təşrif buyurub təbrik edidisə, bu bu baş vermədi. “Hər il İrəvan bununla Moskvaya vassal öhdəliyini göstərirdi. Amma bu il belə olmadı. Bu il rəsmi İrəvan rus səfirliyinə Rusiya günü münasibəti ilə yalnız təbrik məktubu göndərməklə kifayətləndilər. Moskvada İrəvanın bu de-marşını gördülər və nəzərə aldılar. Rus səfiri Köçəryanla görüşdü bu görüşdən dərhal sonra səfir Ermənistan XİN-inə çağrıldı. Moskvada bunuda gördülər... Ermənistan Konstitusiya məhkəməsinin sədri Köçəryanın işi ilə bağlı avqust ayına məhkəmə iclası çağırıb. Erməni mediası güman edir ki, avqusta təyin edilən məhkəmə iclasında Köçəryandan nəinki bütün ittihamlar götürüləcək, ümümiyyətlə, onun haqqında daha istintaqa cəlb edilə bilməz gərarı veriləcək. Hələlik Putin Paşinyanla yumuşaq davranır. Sonda İrəvan-Xankəndi qarşıdurması Azərbaycanın xeyrinə olmayan yekunda Qarabağın başında çatlaya bilər. İnanmaq istəyirəm ki, rəsmi Bakı Qarabağ ətrafında hər gedişatı gözdən keçirir və hər qedişata hazırdır. Əks halda təəssüflə qeyd etməliyik ki, cərayən edən son hadisələr Azərbaycan üçün Qarabağın birdəfəlik itirilməsi ilə nəticələnəcək. Azərbaycan xalqı baş verənləri sakit tərzdə izləyib Qarabağın itirilməsi ilə razılaşmayacaq”- deyə, politoloq rəsmi Bakını daha ayıq olmağa çağırıb. /üç nöqtə/

 

Ləman

Versus.Az

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı